1988-1994-cü
illərdə Azərbaycanda baş verən siyası
hadisələr Türkiyə mətbuatının əsas diqqət mərkəzində idi. Bu siyasi hadisələrin
mərkəzində Qarabağ müharibəsi, müharibənin törədilmə səbəbi, ermənilərin
soyqırım siyasəti və Mixail Qorbaçovun gizli siyasətinin əsil məqsədləri
dayanır. Bütün hadisələr araştırmada “Cumhuriyet”, “Türkiye”, “Hürriyyet”, “Milliyet”, “Tercüman”, “Halkın sesi”, “Meydan” qəzetləri, “Azerbaycan türk kültür dergisi” əsasında tədqiqata cəlb olunmuşdur. Araşdırmada əsas hədəf
1988-1994-cü illər Azərbaycanlıların zorla deportasiyası, Qarabağ müharibəsinin
Türkiyə mətbuatında hasnı şəkildə öz əksini tapmasını araşdırmaqdır.
Araşdırmada əsas məqsəd 1988-1990-cı
illərdəki siyasi hadisələri Türkiyə mətbuatında
işıqlandırması, 20 Yanvar 1990-cı il faciəsinin soykırımı, erməni yalanlarını və Qarabağ müharibəsinin
Türkiye
mətbuat səhifələrində analiz və təhlil etməkdir.
Bu tədqiqatın mövzusu dünya medyasının əsas diqqət
mərkəzində olan problemə həsr olunduğundan araşdırılması olduqca əhəmiyyətlidir.
Araşdırmada müqayisəli və analitik təhlil metodundan istifadə edilmiş, konkret
nümunələr əsasında təhlillər aparılmışdır.
Birincil Dil | Türkçe |
---|---|
Bölüm | Makaleler |
Yazarlar | |
Yayımlanma Tarihi | 31 Ocak 2019 |
Yayımlandığı Sayı | Yıl 2019 Cilt: 2 Sayı: 1 |