Tədqiqatda Məmmədağa Şirəliyevin “Azərbaycan
dialektologiyasının əsasları” dərsliyi haqqında məlumat verilmişdir. “Fonetika”, “Morfologiya”,
“Sintaksis”, “Leksika” bölmələri üzrə türkmən dilinin dialekti və şivələri
incələnmişdir. İlk dəfə bu dərslikdə təsviri, müqayisəli və tarixi-müqayisəli
üsullardan geniş istifadə olunmuşdur. Azərbaycan dili şivələrinin materialları
qədim türk abidələri, müasir türk dilləri və onların dialektlərilə əlaqəli
şəkildə şərh edilmişdir. Əsərdəki dialektoloji materiallar üç mənbədən
alınmışdır: 1) Müəllifin şəxsən topladığı materiallar Şuşa və onun kəndləri
(1938), Bakı və Bakı ətrafı kəndlər (1939-1940), Naxçıvan şəhəri və Babək
rayonunun Nehrəm kəndi (1941), Qazax (1942), Gəncə (1943), Ağdam rayonlarından
topladığı geniş materiallardan ibarətdir. 2) Ayrı-ayrı müəlliflərin əsərləridir
ki, bu əsərlərin bir qismi çapdan çıxmış, bir qismi namizədlik dissertasiyası
kimi müdafiə edilmiş və əlyazma şəklində Azərbaycan Dövlət Universitetinin
kitabxanasında saxlanılmış materiallardır. Buna N.İ.Aşmarin, M.İslamov,
R.Rüstəmov, İ.Hacıyev, B.İbrahimov, K.Ramazanov, T.Həmzəyevin elmi araşdırmaları
cəlb edilmişdir. 3) Üçüncü mənbə 1945-58-ci illər arasında ASSRA-nın Nizami
adına ədəbiyyat və dil institutunun ekspediyasının Zaqatala, Qax, Sabirabad,
Əlibayramlı, Naxçıvan, Ordubad, Əlibayramlı, Ağstafa, Tovuz, Qazax, Borçalı
rayonlarından, S.M.Kirov adına Azərbaycan dövlət Universitetinin dialektoloji
ekspediyasının Şamaxı, Mərəzə, İsmayıllı rayonlarından topladığı materiallar
təşkil edir. Ara-sıra digər türk dillərinə -çuvaş, başqırd, qazax, qırğız,
oyrot dillərinə də müqayisə üçün müraciət olunmuşdur.
“Azərbaycan Dialektologiyasının Əsasları” Az Türk Dilləri Türkmən Dialekti Qrammatik Xüsusiyyətlər
Primary Language | Turkish |
---|---|
Journal Section | Research article |
Authors | |
Publication Date | December 20, 2018 |
Submission Date | December 2, 2018 |
Published in Issue | Year 2018 Volume: 2 Issue: 2 |
TÜRKLAD'ın içeriği Creative Commons Atıf-Gayriticari 4.0 Uluslararası Lisansı ile lisanslanmıştır. E-ISSN: 2587-1293
Fırat Üniversitesi İnsani ve Sosyal Bilimler Fakültesi, Türk Dili ve Edebiyatı Bölümü – Çağdaş Türk Lehçeleri ve Edebiyatları Bölümü, Rektörlük Yerleşkesi ELAZIĞ-TÜRKİYE / Telefon: +90 424 237 00 00 – 3525 / 3637; Belgeç: +90 424 233 00 62; elmek: uluturklad@gmail.com