Amaç ve Kapsam

“Müqayisəli ədəbiyyatşünaslıq” jurnalı Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun beynalxalq rəyçiləri olan jurnalıdır. Jurnalın iyun və dekabr aylarında olmaqla ildə iki sayı nəşr olunur.
“Müqayisəli ədəbiyyatşünaslıq” jurnalında Türk xalqlarının ədəbiyyatları başda olmaqla, dünyanın müxtəlif xalqlarının ədəbiyyatlarının qarşılıqlı müqayisəli təhlilləri istiqmətində ciddi elmi tutumlu araşdırmalar nəşr edilir.

“Müqayisəli ədəbiyyatşünaslıq” jurnalı açıq girişli (Open Access) jurnal olmaqla nəşr etdiyi məqalələri daha geniş auditoriyada yaymaq, jurnalın yüksək elmi bazalara daxil olması və istinadları yüksəltmək məqsədinə xidmət etməkdədir.
“Müqayisəli ədəbiyyatşünaslıq” jurnalı əvvəllər heç bir yerdə nəşr olunmamış, yeni elmi araşdırmaları nəşr edir. Məqalənin məzmunu ilə bağlı ilk növbədə müəlliflər məsuliyyət daşıyırlar. 

Yayımlanma Ayları
Haziran Aralık
Son Güncelleme Zamanı: 8.04.2024 17:20:25