Görüntü Sunumu

ŞƏMSƏDDİN SİVASİNİN ƏSƏRLƏRİNİN MƏZMUNU

Sayı: 1 27 Temmuz 2023
PDF İndir
AZ

ŞƏMSƏDDİN SİVASİNİN ƏSƏRLƏRİNİN MƏZMUNU

Öz

Şəmsəddin Sivasi (-1598) Xəlvətiliyin Şəmsiyyə qolunun qurucusudur. Azərbaycanda “Miratül-əxlaq” (B-5724), “Mənazilül-arifin” (M-309), “Gülşən-abad” (B-6040; B-5914) adlı 3 əsərinin 4 əlyazması mühafizə olunmaqdadır. XVI yüzilliyin zəngin yaradıcılığa malik məşhur türk yazarlarından sayılan Əbus-Səna Şəmsəddin Əhməd bin Əbül Bərəkat Muhəmməd bin Arif Həsən Şəmsəddin Sivasi kimi tanınmışdır. Peçəvinin “Tarix”ində, Nəzmi Məhəmmədin “Hadayat əl-ixvan”ında əsmər olduğuna görə ona “Qara Şəmsəddin”, “Qara Şəmsi” də deyildiyi göstərilir. Şeirlərini “Şəmsi” təxəllüsü ilə yazmışdır. Türk mədəniyyətinə bir çox əsər qazandırmış olan Şəmsəddin Sivasinin əsərlərinin bir hissəsi çap olunmuşdur. Niyyətimiz qalan əsərlərin üzərində də bir an öncə çalışmaların artırılması və onların mədəniyyətimizə qazandırılması yönündədir. Xəlvətiyyə təriqətinin Şəmsiyyə şöbəsini qurmuş olan Şəmsəddin Sivasi bir çox tələbə yetişdirmişdir. Ərəb və fars dillərini o dillərdə əsər yaza biləcək dərəcədə yaxşı bilən müəllif əsərlərində ağır və çətin anlaşılan cümlələrdən çox istifadə etməmişdir. Dini-təsəvvüfi ədəbiyyatın XVI əsrdə önəmli ədiblərindən olan Şəmsəddin Sivasinin məlum olan əsərləri həm mənzum, həm də mənsurdur. Şəmsəddin Sivasinin şöhrəti Sivasdan Osmanlı sərhədlərini də aşmış, ünü çox yayılmışdır. Səmərqənd, Buxara kimi elm mərkəzlərində də adından bəhs edilirdi. Həyatı boyunca hər kəsdən hörmət, itaət və məhəbbət görmüşdür. Zamanın alim və şairləri arasında yaxşı mövqeyi və hörməti var idi. Dörd Osmanlı sultanı – Qanuni Sultan Süleyman, II Səlim, II Murat və III Mehmet dövrlərində yaşamış, hamısından da hörmət və məhəbbət görmüşdür.

Anahtar Kelimeler

Ayrıntılar

Birincil Dil

Azerbaycan dili

Konular

Güney-Batı (Oğuz) Türk Lehçeleri ve Edebiyatları

Bölüm

Görüntü Sunumu

Yazarlar

Yayımlanma Tarihi

27 Temmuz 2023

Gönderilme Tarihi

14 Haziran 2023

Kabul Tarihi

22 Haziran 2023

Yayımlandığı Sayı

Yıl 2023 Sayı: 1

Kaynak Göster

APA
Qasımlı, İ. (2023). ŞƏMSƏDDİN SİVASİNİN ƏSƏRLƏRİNİN MƏZMUNU. Müqayisəli Ədəbiyyatşünaslıq, 1, 57-64. https://doi.org/10.59849/2663-4414.2023.1.57
AMA
1.Qasımlı İ. ŞƏMSƏDDİN SİVASİNİN ƏSƏRLƏRİNİN MƏZMUNU. CL. 2023;(1):57-64. doi:10.59849/2663-4414.2023.1.57
Chicago
Qasımlı, İnci. 2023. “ŞƏMSƏDDİN SİVASİNİN ƏSƏRLƏRİNİN MƏZMUNU”. Müqayisəli Ədəbiyyatşünaslıq, sy 1: 57-64. https://doi.org/10.59849/2663-4414.2023.1.57.
EndNote
Qasımlı İ (01 Temmuz 2023) ŞƏMSƏDDİN SİVASİNİN ƏSƏRLƏRİNİN MƏZMUNU. Müqayisəli Ədəbiyyatşünaslıq 1 57–64.
IEEE
[1]İ. Qasımlı, “ŞƏMSƏDDİN SİVASİNİN ƏSƏRLƏRİNİN MƏZMUNU”, CL, sy 1, ss. 57–64, Tem. 2023, doi: 10.59849/2663-4414.2023.1.57.
ISNAD
Qasımlı, İnci. “ŞƏMSƏDDİN SİVASİNİN ƏSƏRLƏRİNİN MƏZMUNU”. Müqayisəli Ədəbiyyatşünaslıq. 1 (01 Temmuz 2023): 57-64. https://doi.org/10.59849/2663-4414.2023.1.57.
JAMA
1.Qasımlı İ. ŞƏMSƏDDİN SİVASİNİN ƏSƏRLƏRİNİN MƏZMUNU. CL. 2023;:57–64.
MLA
Qasımlı, İnci. “ŞƏMSƏDDİN SİVASİNİN ƏSƏRLƏRİNİN MƏZMUNU”. Müqayisəli Ədəbiyyatşünaslıq, sy 1, Temmuz 2023, ss. 57-64, doi:10.59849/2663-4414.2023.1.57.
Vancouver
1.İnci Qasımlı. ŞƏMSƏDDİN SİVASİNİN ƏSƏRLƏRİNİN MƏZMUNU. CL. 01 Temmuz 2023;(1):57-64. doi:10.59849/2663-4414.2023.1.57