Araştırma Makalesi

Müəllifli Xoyratlarda Variantlaşma

Cilt: 2 Sayı: 1 1 Aralık 2024
PDF İndir
AZ TR

Müəllifli Xoyratlarda Variantlaşma

Öz

Mətnin variantlaşması və bu zaman mətndə gedən dəyişikliklər dünya folklorşünaslığının əsas problemlərindən biridr. Bu məsələ, təəssüf ki, Azərbaycan folklorşünaslığında da indiyədək diqqətdən kənarda qalmışdır. Variantlaşmanın öyrənilməsi zamanı əsas diqqət yetiriləcək məsələlərdən biri və birincisi variantlaşan mətnlərin eyni, yoxsa müxtəlif söyləyicilərin dilindən deyilməsidir. Çünki dəfələrlə eyni mətnin bir söyləyicinin dilindən yazıya alarkən həmin mətnin özünün deyil, variantının qeydə alınması faktı ilə qarşılaşmışıq. Mətni bir söyləyicinin dilindən qeydə alarkən variantlaşması faktı onu göstərir ki, eyni mətn müxtəlif söyləyicilərin dilindən yazıya alınarsa, hansı səviyyədə variantlaşa bilər. Deməli, mətnin hər ifadan yazıya alınması (söyləyicinin eyni, yaxud müxtəlif şəxs olmasından asılı olmayaraq!) yeni bir variant deməkdir. Burada söylədiklərimiz heç şübhəsiz ki, bayatı mətnlərinə də aiddir. Eyni bayatının hər ifadan qeydə alınması yeni bir variant olmaqla bərabər, bu söylədiklərimizin yalnız xalq bayatılarına aid olmadığını, həmçinin müəllifli bayatılara da şamil olunduğunu mətnləri incələyərkən şahidi oluruq. Onu da qeyd etməliyik ki, hər müəllifli bayatı variantlaşmır. Müəllifli bayatının variantlaşması üçün onun mütləq folklor dövriyyəsinə daxil olması lazımdır. Ancaq bu prossesi keçdikdən sonra variantlaşma prosesindən bəhs etmək mümkündür. Auditoriya istər-istəməz mətni cilalamağa başlayır. Hər dəfə söyləndikcə mətnin müxtəlif variantları yaranmağa başlayır ki, bunlar arasında həm yaxın, həm də uzaq variantlardan bəhs etmək mümkündür. Mətnin auditoriyaya daxil olmasından uzun bir müddət keçdikdən sonra nəinki variantlaşmadan, hətta mətnin versiyalarından da bəhs etmək olur. Yəni mətn o qədər dildən-dilə düşür, hər söyləyici ona öz möhürünü vuraraq variantlaşdırır ki, mətnin ilkin halından – müəllifli variantından çox fərqli variantları yaranır və bu zaman mətn də müəllifli olmaqdan çıxaraq ümumxalq malına çevrilir. Məhz bu zaman onun müəllifli olması faktı yaddaşlardan çıxır, o folklorlaşır, xalq bayatısına çevrilir. Bunun necə baş verdiyini anlamaq müəllifli bayatıların qeydə alınarkən gedən dəyişikliyini izləməkdən keçir.

Anahtar Kelimeler

Destekleyen Kurum

AMEA Folklor Enstitüsü

Proje Numarası

yok

Teşekkür

Təşəkkür edirəm.

Kaynakça

  1. Azərbaycan folkloru antologiyası. (2005). (H. İsmayılov, Ed. Vol. 23). Səda.
  2. Bayat, F. (2012). Folklor dərsləri. Elm və təhsil.
  3. Əfəndiyev, P. (1992). Azərbaycan şifahi xalq ədəbiyyatı. Maarif.
  4. İraq-Kərkük bayatıları. (1984). (Q. Paşayev, Ed.). Yazıçı.
  5. Qarabağ: folklor da bir tarixdir. (2012a). (Vol. 1). Elm və təhsil.
  6. Qarabağ: folklor da bir tarixdir. (2012b). (Elçin Abbasov ed., Vol. II). Elm və təhsil.
  7. Qarabağ: folklor da bir tarixdir. (2012c). (Vol. 3). Elm və təhsil.
  8. Qarabağ: folklor da bir tarixdir. (2013a). (Əliyev, Oruc ed., Vol. IV). Elm və təhsil.

Ayrıntılar

Birincil Dil

Azerbaycan dili

Konular

Ağız Araştırmaları Bilimi

Bölüm

Araştırma Makalesi

Yayımlanma Tarihi

1 Aralık 2024

Gönderilme Tarihi

9 Ekim 2024

Kabul Tarihi

15 Kasım 2024

Yayımlandığı Sayı

Yıl 2024 Cilt: 2 Sayı: 1

Kaynak Göster

APA
Süleymanova, L. (2024). Müəllifli Xoyratlarda Variantlaşma. Müqayisəli Ədəbiyyatşünaslıq, 2(1), 28-40. https://izlik.org/JA56LT47MR
AMA
1.Süleymanova L. Müəllifli Xoyratlarda Variantlaşma. CL. 2024;2(1):28-40. https://izlik.org/JA56LT47MR
Chicago
Süleymanova, Leman. 2024. “Müəllifli Xoyratlarda Variantlaşma”. Müqayisəli Ədəbiyyatşünaslıq 2 (1): 28-40. https://izlik.org/JA56LT47MR.
EndNote
Süleymanova L (01 Aralık 2024) Müəllifli Xoyratlarda Variantlaşma. Müqayisəli Ədəbiyyatşünaslıq 2 1 28–40.
IEEE
[1]L. Süleymanova, “Müəllifli Xoyratlarda Variantlaşma”, CL, c. 2, sy 1, ss. 28–40, Ara. 2024, [çevrimiçi]. Erişim adresi: https://izlik.org/JA56LT47MR
ISNAD
Süleymanova, Leman. “Müəllifli Xoyratlarda Variantlaşma”. Müqayisəli Ədəbiyyatşünaslıq 2/1 (01 Aralık 2024): 28-40. https://izlik.org/JA56LT47MR.
JAMA
1.Süleymanova L. Müəllifli Xoyratlarda Variantlaşma. CL. 2024;2:28–40.
MLA
Süleymanova, Leman. “Müəllifli Xoyratlarda Variantlaşma”. Müqayisəli Ədəbiyyatşünaslıq, c. 2, sy 1, Aralık 2024, ss. 28-40, https://izlik.org/JA56LT47MR.
Vancouver
1.Leman Süleymanova. Müəllifli Xoyratlarda Variantlaşma. CL [Internet]. 01 Aralık 2024;2(1):28-40. Erişim adresi: https://izlik.org/JA56LT47MR