Araştırma Makalesi

Mirzə Fətəli Axundzadə Şərq və Qərb mədəni ənənələri kontekstində

Cilt: 2 Sayı: 1 1 Aralık 2024
PDF İndir
AZ TR

Mirzə Fətəli Axundzadə Şərq və Qərb mədəni ənənələri kontekstində

Öz

Şərq xalqlarının ədəbiyyatında dram janrının, realist bədii nəsrin, professional ədəbi tənqidin banisi Mirzə Fətəli Axundzadənin (1812-1878) dünyagörüşünün əsasını klassik Şərq və Qərb ədəbiyyatı və mədəniyyətinin sintezi təşkil edir. Onun yeni epoxanın nəhəng nümayəndəsi kimi yetişməsində Şərq və Qərb ədəbi-elmi-fəlsəfi fikrinin misilsiz rolu olmuşdur. M.F.Axund¬zadənin görüşlərində klassik irs anlayışı məhz Şərq və Qərb ədəbiyyatı və fəlsəfəsini əhatə edir. Odur ki, M.F.Axundzadə və klassik irs problemindən bəhs edərkən mütəfəkkir yazıçının Şərq və Qərb mənbələrinə həm ayrılıqda, həm də bir yerdə, kompleks halında müraciətini və münasibətini əsas götürmək lazımdır. M.F.Axundzadə həm modern milli ədəbiyyat yaradıcılığında, həm də yeni tipli ədəbiyyatın cəmiyyətin inkişafı və müasirləşməsində roluna dair konsepsiyasında Qərb ədəbi düşüncəsindən bəhrələnmişdir. O, Homer, Sokrat, Platon, Şekspir, Molyer, Volter, Monteskyö, Russo, Didro və b. yaradıcılığı ilə yaxından tanış olmuş və onları yüksək qiymətləndirmişdir. Cəmiyyətin demokratik-ləşməsi, fikir və söz azadlığı ilə bağlı düşüncələrində Con Milton, Con Stüart Mill kimi filosofların baxışlarını əsas götürmüş, məktublarında, ayrı-ayrı əsərlərində onların ideyalarını müdafiə etmişdir. Ərəb, fars və türk dillərini mükəmməl bildiyindən M.F.Axundzadə Şərq ədəbiyyatı və fəlsəfəsi ilə hələ yeniyetməlik illərindən tanış olmuşdur. Ədəbi-bədii, elmi-fəlsəfi əsərlərində Şərq mənbələrinə dönə-dönə müraciət etmiş, Firdovsi, Nizami, Hafiz, Cəlaləddin Rumi (Mollayi-Rumi) və b. klassik-lərin yaradıcılığını həm sənətkarlıq baxımından, həm də ədəbiyyat və zaman kontekstində dəyər-ləndirmişdir. Azərbaycan ədəbiyyatşünasları M.F.Axundzadənin klassik irsə münasibətini müxtəlif rakurslardan dəyərləndirmişlər. M.F.Axundzadənin ədəbi-nəzəri görüşlərinin təhlili göstərir ki, o, fərdi əhval-ruhiyyənin ifadəçisi olan klassik Şərq divan ədəbiyyatını qəbul etməmiş, ədəbiyyatın cəmiyyətdə oynadığı rolu nəzərə alaraq üstünlüyü modern Qərb ədəbiyyatına vermişdir. Məqalədə M.F.Axundzadənin bədii və elmi-nəzəri düşüncələri Qərb və Şərq mədəni ənənələri kontekstində araşdırılmışdır.

Anahtar Kelimeler

Destekleyen Kurum

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Kaynakça

  1. Axundov, M. F. (1987). Bədii və fəlsəfi əsərləri (Vol. 39). Yazıçı.
  2. Azərbaycan ədəbiyyatı tarixi. (2011). (Vol. 6). Elm.
  3. Həbibbəyli, İ. (2014). Ədəbiyyat nəzəriyyəsi yollarında. Poetika.izm, Ədəbiyyat İnstitutunun elmi əsərləri, 1.
  4. Həmidov, İ. (2013). Mirzə Fətəli Axundzadə və ərəb-islam mədəniyyəti. Azərbaycan, 1, 166-172.
  5. Kərimli, T. (2012). Mirzə Fətəli Axundzadə və klassik irs. Azərbaycan Milli Elmlər Akademiyasının Xəbərləri, Humanitar elmlər seriyası.
  6. M.F.Axundzadənin arxivi. In A. M. F. a. Ə. İnstitutu (Ed.).
  7. Milton, J. (1918). Areopagitica. Cambridge : University Press.
  8. Musayev, S. (2019). The Bulding of a Democratic Society and Reflection of People`s Factor in the Narrative «The Deceived Stars» By M.F.Akhundzadeh. Genero & Direito, 8(7), 523-535.https://doi.org/10.22478/ufpb.2179-7137.2019v8n7.50080

Ayrıntılar

Birincil Dil

Azerbaycan dili

Konular

İletişim Çalışmaları, Edebi Çalışmalar (Diğer)

Bölüm

Araştırma Makalesi

Yayımlanma Tarihi

1 Aralık 2024

Gönderilme Tarihi

11 Ekim 2024

Kabul Tarihi

16 Kasım 2024

Yayımlandığı Sayı

Yıl 2024 Cilt: 2 Sayı: 1

Kaynak Göster

APA
Musayev, Ş. (2024). Mirzə Fətəli Axundzadə Şərq və Qərb mədəni ənənələri kontekstində. Müqayisəli Ədəbiyyatşünaslıq, 2(1), 5-12. https://izlik.org/JA33KB37PP
AMA
1.Musayev Ş. Mirzə Fətəli Axundzadə Şərq və Qərb mədəni ənənələri kontekstində. CL. 2024;2(1):5-12. https://izlik.org/JA33KB37PP
Chicago
Musayev, Şahbaz. 2024. “Mirzə Fətəli Axundzadə Şərq və Qərb mədəni ənənələri kontekstində”. Müqayisəli Ədəbiyyatşünaslıq 2 (1): 5-12. https://izlik.org/JA33KB37PP.
EndNote
Musayev Ş (01 Aralık 2024) Mirzə Fətəli Axundzadə Şərq və Qərb mədəni ənənələri kontekstində. Müqayisəli Ədəbiyyatşünaslıq 2 1 5–12.
IEEE
[1]Ş. Musayev, “Mirzə Fətəli Axundzadə Şərq və Qərb mədəni ənənələri kontekstində”, CL, c. 2, sy 1, ss. 5–12, Ara. 2024, [çevrimiçi]. Erişim adresi: https://izlik.org/JA33KB37PP
ISNAD
Musayev, Şahbaz. “Mirzə Fətəli Axundzadə Şərq və Qərb mədəni ənənələri kontekstində”. Müqayisəli Ədəbiyyatşünaslıq 2/1 (01 Aralık 2024): 5-12. https://izlik.org/JA33KB37PP.
JAMA
1.Musayev Ş. Mirzə Fətəli Axundzadə Şərq və Qərb mədəni ənənələri kontekstində. CL. 2024;2:5–12.
MLA
Musayev, Şahbaz. “Mirzə Fətəli Axundzadə Şərq və Qərb mədəni ənənələri kontekstində”. Müqayisəli Ədəbiyyatşünaslıq, c. 2, sy 1, Aralık 2024, ss. 5-12, https://izlik.org/JA33KB37PP.
Vancouver
1.Şahbaz Musayev. Mirzə Fətəli Axundzadə Şərq və Qərb mədəni ənənələri kontekstində. CL [Internet]. 01 Aralık 2024;2(1):5-12. Erişim adresi: https://izlik.org/JA33KB37PP