Araştırma Makalesi

İraq-Türkman Ədəbiyyatında Hekayə Janrı və Onun Osmanlı Hekayəçiliyindən Fərqi

Cilt: 2 Sayı: 1 1 Aralık 2024
PDF İndir
TR AZ EN

İraq-Türkman Ədəbiyyatında Hekayə Janrı və Onun Osmanlı Hekayəçiliyindən Fərqi

Öz

Məqalədə İraq-türkman ədəbiyyatında hekayə janrı və onun Osmanlı ədəbiyyatında mövcud olan hekayə yaradıcılığından fərqli xüsusiyyətlərini araşdırmışam. Bu günə qədər bir çox tədqiqatçı İraq-türkman ədəbiyyatında ilk hekayə kimi Məkki Ləbibin “Gözlük” əsərini qəbul etsə də, bu məqalədə ilk hekayənin Mahmud Nədim tərəfindən yazıldığını sübut etmişəm. Bu hekayə 1909-cu ildə “Mübarizeyi-Eşq” adı ilə yayımlanmışdır. XVI əsrin ortalarından etibarən Osmanlı ədəbiyyatı İraq-türkman ədəbiyyatına həm dil, həm də mövzu baxımından ciddi təsir göstərsə də, hekayə yaradıcılığı İraqda mövcud olan türkdilli ədəbiyyatda tam müstəqil şəkildə yaranıb inkişaf etmişdir. Məqalədə bunu bir neçə cəhətdən isbat etmişik. Birincisi, İraq-türkman ədəbiyyatında hekayə janrı Osmanlı ədəbiyyatına nisbətən gec yaranmışdır. Tənzimat dövrü və “Sərvəti-Fünun” hərəkatının özünəməxsus xüsusiyyətləri İraq-türkman ədəbiyyatına sirayət etməmişdir. Bundan başqa, bəzi mənbələrdə iddia edildiyi kimi, İraq-türkman ədəbiyyatında ilk hekayənin müəllifi Osmanlı ədəbiyyatının nümayəndəsi olan Əhməd Midhət əfəndi deyildir. Onun “Qissədən hissə” adlı hekayə kitabı Bağdadda nəşr olunsa da, bu hekayəni İraq-türkman ədəbiyyatına aid etmək doğru hesab olunmamalıdır. İraq-türkman ədəbiyyatında hekayə janrı daha çox siyasi mövzuları əhatə etdiyi halda, Osmanlı ədəbiyyatının hekayə janrında daha çox romantizm özünü göstərirdi. Bu da daha çox Avropa hekayəçiliyinin təsiri ilə əlaqələndirilməlidir. Məqalədə bütün fərqləri elmi dəlillər və nümunələrlə ortaya qoymuşam. Bu baxımdan, İraq-türkman ədəbiyyatı Osmanlı ədəbiyyatının təsiri altında olsa da, bu özünü daha çox poeziyada göstərmişdir. Nəsr yaradıcılığında, əsasən də hekayə janrında İraqda mövcud olan türkdilli ədəbiyyatın özünəməxsus xüsusiyyətləri ön plana çıxmış, ictimai-siyasi şəraitə uyğun olaraq hekayə janrı formalaşıb inkişaf etmişdir. Məqalədə İraq-türkman ədəbiyyatında hekayə janrının sonrakı illərdə inkişafına da qısa şəkildə yer ayırmışam. Belə ki, siyasi mövzularla başlanan hekayə yaradıcılığı bir müddət sonra mövzu cəhətdən xeyli zənginləşmiş, təkcə siyasi deyil, ictimai, məişət, məhəbbət və digər mövzularda da hekayələr yazılmışdır.

Anahtar Kelimeler

Kaynakça

  1. Akyüz, K. (1979). Modern Türk Edebiyatının Ana Cizgileri (1860-1923). Ankara: Ankara Universiteti Basımevi.
  2. İsayev, O. (2024). Əta Tərzibaşının türkoloji araşdırmaları. AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Azərbaycan ədəbiyyatşünaslığı, №1, 128.
  3. Kahraman, A. (2019). İslam Ansiklopedisi. İstanbul.
  4. Kazancı, M. Ö. (2017). Son Söz Yoktur. İstanbul.
  5. Kazancı, M. Ö. (2019). Hışırtılar. İstanbul: Fuzuli.
  6. Terzibaşı, A. (2005). Kekrük Matbuat Tarihi (1879-1985). İstanbul: Yaylacık.
  7. Terzibaşı, A. (2013). Kerkük şairleri. İstanbul: Ötüken.

Ayrıntılar

Birincil Dil

Azerbaycan dili

Konular

Kuzey-Batı (Kıpçak) Türk Lehçeleri ve Edebiyatları, Ağız Araştırmaları Bilimi, Çağdaş Türk Lehçeleri ve Edebiyatları (Diğer)

Bölüm

Araştırma Makalesi

Yayımlanma Tarihi

1 Aralık 2024

Gönderilme Tarihi

20 Ekim 2024

Kabul Tarihi

16 Kasım 2024

Yayımlandığı Sayı

Yıl 2024 Cilt: 2 Sayı: 1

Kaynak Göster

APA
İsayev, O. (2024). İraq-Türkman Ədəbiyyatında Hekayə Janrı və Onun Osmanlı Hekayəçiliyindən Fərqi. Müqayisəli Ədəbiyyatşünaslıq, 2(1), 48-53. https://izlik.org/JA36BF55UN
AMA
1.İsayev O. İraq-Türkman Ədəbiyyatında Hekayə Janrı və Onun Osmanlı Hekayəçiliyindən Fərqi. CL. 2024;2(1):48-53. https://izlik.org/JA36BF55UN
Chicago
İsayev, Orxan. 2024. “İraq-Türkman Ədəbiyyatında Hekayə Janrı və Onun Osmanlı Hekayəçiliyindən Fərqi”. Müqayisəli Ədəbiyyatşünaslıq 2 (1): 48-53. https://izlik.org/JA36BF55UN.
EndNote
İsayev O (01 Aralık 2024) İraq-Türkman Ədəbiyyatında Hekayə Janrı və Onun Osmanlı Hekayəçiliyindən Fərqi. Müqayisəli Ədəbiyyatşünaslıq 2 1 48–53.
IEEE
[1]O. İsayev, “İraq-Türkman Ədəbiyyatında Hekayə Janrı və Onun Osmanlı Hekayəçiliyindən Fərqi”, CL, c. 2, sy 1, ss. 48–53, Ara. 2024, [çevrimiçi]. Erişim adresi: https://izlik.org/JA36BF55UN
ISNAD
İsayev, Orxan. “İraq-Türkman Ədəbiyyatında Hekayə Janrı və Onun Osmanlı Hekayəçiliyindən Fərqi”. Müqayisəli Ədəbiyyatşünaslıq 2/1 (01 Aralık 2024): 48-53. https://izlik.org/JA36BF55UN.
JAMA
1.İsayev O. İraq-Türkman Ədəbiyyatında Hekayə Janrı və Onun Osmanlı Hekayəçiliyindən Fərqi. CL. 2024;2:48–53.
MLA
İsayev, Orxan. “İraq-Türkman Ədəbiyyatında Hekayə Janrı və Onun Osmanlı Hekayəçiliyindən Fərqi”. Müqayisəli Ədəbiyyatşünaslıq, c. 2, sy 1, Aralık 2024, ss. 48-53, https://izlik.org/JA36BF55UN.
Vancouver
1.Orxan İsayev. İraq-Türkman Ədəbiyyatında Hekayə Janrı və Onun Osmanlı Hekayəçiliyindən Fərqi. CL [Internet]. 01 Aralık 2024;2(1):48-53. Erişim adresi: https://izlik.org/JA36BF55UN