Araştırma Makalesi

Mövlud Süleymanlının “Köç” Və Lətifə Təkinin “Sevgili Arsız Ölüm” Romanlarında Nəsil Paralelliyi

Cilt: 2 Sayı: 1 15 Ekim 2025
PDF İndir
TR EN AZ

Mövlud Süleymanlının “Köç” Və Lətifə Təkinin “Sevgili Arsız Ölüm” Romanlarında Nəsil Paralelliyi

Öz

Ədəbiyyatda nəsil paralelizmi fərqli dövrlərdə yaşayan insanların həyat təcrübələrini, onların müqayisəsini, bir-birinə necə təsir etdiyini araşdırır. Nəsil paralelliyi ailənin müxtəlif fərdlərinin oxşar və fərqli həyat təcrübələrini təqdim etməklə, zaman keçdikcə dəyişən ictimai, siyasi, mədəni şəraitin insan üzərindəki təsirini göstərir. Nəsillərarası qarşıdurma və bənzərlik ədəbiyyatda tez-tez müraciət olunan motivdir. Nəsillərarası yaddaş magik realist üslubda daha dərin işlənir. Mif və gerçəkliyin, keçmişlə indinin iç-içə verilməsi nəticəsində nəsillərarası münasibətlər həm simvolik, həm də poetik dildə ifadə olunur. Bu da insan təcrübəsinin zaman və məkanda davamlılığının ifadə edilməsi ilə nəticələnir. Məqalədə bu tip məsələlər Mövlud Süleymanlının “Köç” və Lətifə Təkinin “Sevgili arsız ölüm” romanları əsasında araşdırılmışdır. M. Süleymanlı bir nəslin üç yüz illik həyat yolunu, köçərilikdən məskunlaşmağa keçdiyi dövrü, üzləşdiyi çətinlikləri təsvir edir. L. Təkin isə bir ailənin kənddən şəhərə köç prosesini, həyatla mübarizəsini göstərir. Hər iki romanda da düşüncə və həyat tərzində nəsillərarası paralellər, zamanın yaratmış olduğu fikir ayrılıqları, toqquşmalar özünü göstərir. Adı çəkilən romanlarda dil magik realizmin ifadə vasitələrindən biri kimi iştirak edir. Magik ünsürlər, mifologiya, folklor nümunələri, xalq inanclardan həm “Köç” , həm də “Sevgili arsız ölüm” də geniş istifadə olunub. L. Təkin şəhərə köç nəticəsində dəyişən dəyərlərin, qayğıların obrazlara necə təsir etdiyi, M.Süleymanlı köçdən sonra məskunlaşma dövrünün və kənar müdaxilələr nəticəsində bir nəslin üz yüz illik həyat yolunu, mübarizəsini əks etdirir. Məqalədə hər iki romanda obrazların nəsil əvəzlənməsi nəticəsində baş verən təfəkkür dəyişməsi, əvvəlki ilə sonra gələnin düşüncə və həyat tərzinin sintezi müqayisəli şəkildə araşdırılmışdır.

Anahtar Kelimeler

Kaynakça

  1. Hasanli, M. (2024, march 21-22). Functionality of mythical memory in Movlud Suleymanli’s novel «Nomad». Bu ojs.scipub.de: https://ojs.scipub.de/index.php/RRAL/issue/view/75/190 mənbədən tapılıb
  2. Koroğlu. (2005). Koroğlu. Bakı: Lider Nəşriyyatı.
  3. Morkoç, A. (2015). Azerbaycan yazarı Mevlüt Süleymanlının "Göç" romanında göç teması. Almatı: Türk aləmi jurnalı, II Uluslararası Türk Dünyası Araştırmaları Sempozyumu, I cild.
  4. Özer, P. (2020). Latife Tekin kitabı. İstanbul: Can Sanat Yayınları.
  5. Pilcher, J. (1994, september). Mannheim's Sociology of Generations: An Undervalued Legacy. Bu jstor.org: https://www.jstor.org/stable/591659 mənbədən tapılıb
  6. Süleymanlı, M. (2023). Köç. Bakı: Mücrü Nəşriyyatı.
  7. Tekin, L. (2024). Sevgili arsız ölüm. İstanbul: Can Sanat Yayınları.
  8. Yücel, H. İ. (2023). Anlatının Büyülü Dünyası . İstanbul: Çizgi Kitabevi.

Ayrıntılar

Birincil Dil

Azerbaycan dili

Konular

Güney-Batı (Oğuz) Türk Lehçeleri ve Edebiyatları

Bölüm

Araştırma Makalesi

Yazarlar

Yayımlanma Tarihi

15 Ekim 2025

Gönderilme Tarihi

5 Ağustos 2025

Kabul Tarihi

18 Eylül 2025

Yayımlandığı Sayı

Yıl 2025 Cilt: 2 Sayı: 1

Kaynak Göster

APA
əsgərova, İ. (2025). Mövlud Süleymanlının “Köç” Və Lətifə Təkinin “Sevgili Arsız Ölüm” Romanlarında Nəsil Paralelliyi. Müqayisəli Ədəbiyyatşünaslıq, 2(1), 58-63. https://izlik.org/JA67ES67NU
AMA
1.əsgərova İ. Mövlud Süleymanlının “Köç” Və Lətifə Təkinin “Sevgili Arsız Ölüm” Romanlarında Nəsil Paralelliyi. CL. 2025;2(1):58-63. https://izlik.org/JA67ES67NU
Chicago
əsgərova, İlknur. 2025. “Mövlud Süleymanlının “Köç” Və Lətifə Təkinin ‘Sevgili Arsız Ölüm’ Romanlarında Nəsil Paralelliyi”. Müqayisəli Ədəbiyyatşünaslıq 2 (1): 58-63. https://izlik.org/JA67ES67NU.
EndNote
əsgərova İ (01 Ekim 2025) Mövlud Süleymanlının “Köç” Və Lətifə Təkinin “Sevgili Arsız Ölüm” Romanlarında Nəsil Paralelliyi. Müqayisəli Ədəbiyyatşünaslıq 2 1 58–63.
IEEE
[1]İ. əsgərova, “Mövlud Süleymanlının “Köç” Və Lətifə Təkinin ‘Sevgili Arsız Ölüm’ Romanlarında Nəsil Paralelliyi”, CL, c. 2, sy 1, ss. 58–63, Eki. 2025, [çevrimiçi]. Erişim adresi: https://izlik.org/JA67ES67NU
ISNAD
əsgərova, İlknur. “Mövlud Süleymanlının “Köç” Və Lətifə Təkinin ‘Sevgili Arsız Ölüm’ Romanlarında Nəsil Paralelliyi”. Müqayisəli Ədəbiyyatşünaslıq 2/1 (01 Ekim 2025): 58-63. https://izlik.org/JA67ES67NU.
JAMA
1.əsgərova İ. Mövlud Süleymanlının “Köç” Və Lətifə Təkinin “Sevgili Arsız Ölüm” Romanlarında Nəsil Paralelliyi. CL. 2025;2:58–63.
MLA
əsgərova, İlknur. “Mövlud Süleymanlının “Köç” Və Lətifə Təkinin ‘Sevgili Arsız Ölüm’ Romanlarında Nəsil Paralelliyi”. Müqayisəli Ədəbiyyatşünaslıq, c. 2, sy 1, Ekim 2025, ss. 58-63, https://izlik.org/JA67ES67NU.
Vancouver
1.İlknur əsgərova. Mövlud Süleymanlının “Köç” Və Lətifə Təkinin “Sevgili Arsız Ölüm” Romanlarında Nəsil Paralelliyi. CL [Internet]. 01 Ekim 2025;2(1):58-63. Erişim adresi: https://izlik.org/JA67ES67NU