Tatar ədəbiyyatının çoxşaxəli və zəngin ədəbi-bədii yaradıcılıq diapazonuna malik nümayəndələrindən biri, tanınmış romantik şair, dramaturq, publi¬sist və tərcüməçi, dövlət və siyasi xadim Səqit Sünçələy (1889–1937) tatar ədəbiyyatında öz dəst-xətti olan görkəm¬li sə¬nət¬kardır. Dünyaşöhrətli şair Qabdulla Tukayın (1886–1913) dostu və davamçısı olan şair, lirik şeirləri, dram əsərləri, məktubları, Qərbi Avropa və rus şairlərinin əsərlərini doğma tatar dilinə çevirdyi tərcümələri ilə tanınmışdır.
Stalin totalitar rejiminin repressiya qurbanı olaraq 1937-ci ildə güllələnən və 1958-ci ildə bəraət alan S.Sünçələyin adının çəkilməsi, əsərlərinin nəşri və yardıcılığı haqqında tədqiqat aparılması kommunist rejimi tərəfindən qadağan olunduğundan ədəbi yaradıcılığı tatar ədəbiyyatşünaslığında XX əsrin 70-ci illərin əvvəllərindən öyrənilməyə başlanılıb. Bu səbəbdən bu günə qədər Azərbaycan elmi ictimiyyətinin görkəmli ədibin həyat və yaradıcılığı, ədəbi irsi haqqında demək olar ki, məlumatı yoxdur.
Bu məqalədə məqsədimiz ilk olaraq, azərbaycanlı oxuculara S.Sünçələyin həyatı və zəngin ədəbi irsi, siyasi fəaliyyəti barədə məlumat verməkdir.
şair bədii yaradıcılıq Qabdulla Tukay Saqit Sünçələy dövlət və siyasi xadim repressiya
One of the representatives of Tatar literature with a diverse and rich literary and artistic creative spectrum, the well-known romantic poet, playwright, publicist and translator, statesman and political figure Sagit Suncheley (1889–1937) is an outstanding artist who has left his own mark on Tatar literature. A friend and follower of the world-famous poet Gabdulla Tukay (1886–1913), the poet is known for his lyric poems, dramatic works, letters, and translations of works by Western European and Russian poets into the native Tatar language.
Since the communist regime prohibited the publication of S. Suncheley's name, publication of his works, and research on his work, who was shot in 1937 as a victim of repression under Stalin's totalitarian regime and acquitted in 1958, his literary work began to be studied in Tatar literary studies in the early 1970s of the 20th century. For this reason, to this day, the Azerbaijani scientific community has almost no information about the life and work of the outstanding writer, his literary heritage.
Our goal in this article is, first of all, to inform Azerbaijani readers about the life, rich literary heritage, and political activities of S. Suncheley.
poet artistic creativity Gabdulla Tukai Sagit Suncheley statesman and political figure repression
| Birincil Dil | Türkçe |
|---|---|
| Konular | Güney-Batı (Oğuz) Türk Lehçeleri ve Edebiyatları |
| Bölüm | Araştırma Makalesi |
| Yazarlar | |
| Gönderilme Tarihi | 13 Kasım 2025 |
| Kabul Tarihi | 23 Aralık 2025 |
| Yayımlanma Tarihi | 26 Aralık 2025 |
| Yayımlandığı Sayı | Yıl 2025 Cilt: 2 Sayı: 2 |