Bəxtiyar Vahabzadənin Ədəbi Yaradıcılığında Dünya Klassikası Bəşəri İrs Kimi
Öz
Məqalədə Bəxtiyar Vahabzadənin yaradıcılığında əks olunan klassik ədəbi irsin və dünya ədəbiyyatı ənənələrinin bədii transformasiyası araşdırılır. Tədqiqatın əsas məqsədi şairin əsərlərində milli və ümumbəşəri ədəbi mənbələrin intertekstual şəkildə necə təzahür etdiyini müəyyənləşdirməkdir. Tədqiqat zamanı müqayisəli-ədəbi təhlil, intertekstual analiz, həmçinin tarixi-bioqrafik və semantik yanaşma metodlarından istifadə olunmuşdur. Bəxtiyar Vahabzadə bütün ədəbi əsərlərində ədəbiyyatın görkəmli simalarından, folklor, yazılı ədəbiyyat xəzinəsindən yararlanmışdır. Vahabzadə təkcə Azərbaycan ədəbiyyatını deyil, eləcə də Türk və Dünya ədəbiyyatı şedevrlərini, ədəbiyyatda iz qoymuş sənətkarlarını müxtəlif bədii formalarda yenidən işləyərək müasir kontekstdə təqdim edir.
Məqalədə şairin Cəlaləddin Rumi, Yunis Əmrə, Nazim Hikmət, Yəhya Kamal, Mehmet Akif, Çingiz Aytmatov, Musa Cəlil kimi türk dünyası sənətkarlarına, həmçinin Ernest Heminquey, Cek London, Uilyam Şekspir, Taras Şevçenko kimi dünya ədəbiyyatı nümayəndələrinə istinadlarının poetik funksiyası təhlil edilir. Müəyyən edilir ki, müəllif allüziya (real tarixi-ədəbi simaya işarə və s.), metafiksiya (ədəbiyyatın özünün, yaxud ədəbi simanın mövzu olması) kimi intertekstual vasitələrdən istifadə edərək həm ədəbi yaddaşı qoruyur, həm də ona yeni semantik çalarlar qazandırır, bu üsullarla şair bəzən tarixə səyahət edir, dərs çıxarmağı tövsiyə edir, bəzən də ənənəyə, uluya, ustada vəfa borcunu çatdırır. Bu mənada onun şeirləri, “Şəbi-hicran”, “Sadə adamlar”, “Dörd yüz on altı” kimi poemaları, “Fəryad”, “Dar ağacı”, “Özümüzü kəsən qılınc” kimi səhnə əsərləri tədqiqə layiqdir.
Tədqiqatın elmi yeniliyi Bəxtiyar Vahabzadə yaradıcılığında intertekstuallığın yalnız təsvir vasitəsi deyil, həm də milli-mədəni identikliyin ifadə mexanizmi kimi təqdim olunmasındadır.
Anahtar Kelimeler
Kaynakça
- Abbasova, Ş. (2015). Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığı haqqında. Bəxtiyar Vahabzadənin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş “Bəxtiyar Vahabzadə və Azərbaycan filologiyasının aktual problemləri” mövzusunda beynəlxalq elmi konfransı (ss. 86–87). Bakı: Bakı Universiteti Nəşriyyatı.
- Kərimova, N. (2015). Bəxtiyar Vahabzadə yaradıcılığında türk xalqlarının şair və yazıçılarına ehtiram. Bəxtiyar Vahabzadənin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş “Bəxtiyar Vahabzadə və Azərbaycan filologiyasının aktual problemləri” mövzusunda beynəlxalq elmi konfransın materialları (ss. 111-115). Bakı Universiteti Nəşriyyatı.
- Mayadağlı, H. Z. (1998 ). Bahtiyar Vahabzade: Hayatı ve eserleri. Türkiye Diyanet Vakfı.
- Shakib, M. K. (2013). Inevitability of arts from inter-textuality. International Journal of English and Literature, 4(1), 1–5. Bu https://academicjournals.org/article/article1381999246_Shakib.pdf/1000 mənbədən tapılıb
- Tağısoy, N. (2018). Postmodernizmin bəzi xüsusiyyətlərinə fraqmentar baxış . Ulduz, 5, 44–50. Bu https://www.elibrary.az/docs/jurnal/jrn2018_213.pdf mənbədən tapılıb
- Vahabzadə, B. (2008). Əsərləri (Cild 5). Bakı: Elm.
- Vahabzadə, B. (2008). Əsərləri (Cild 6). Elm.
- Vahabzadə, B. (2008). Əsərləri (Cild 1). Bakı: Elm.
Ayrıntılar
Birincil Dil
Azerbaycan dili
Konular
Güney-Batı (Oğuz) Türk Lehçeleri ve Edebiyatları, İletişim Çalışmaları
Bölüm
İnceleme Makalesi
Yazarlar
Metanet Mustafayeva
*
0000-0002-1754-590X
Azerbaijan
Yayımlanma Tarihi
13 Temmuz 2026
Gönderilme Tarihi
4 Şubat 2026
Kabul Tarihi
18 Mayıs 2026
Yayımlandığı Sayı
Yıl 2026 Sayı: 1