Tragikomediya Janrı Tarixi Poetika Kontekstində (ⅩⅥ-ⅩⅦ əsrlər)
Öz
Termin kimi e.ə Ⅲ əsrdə meydana çıxan tragikomediyanın müstəqil janr kimi qəbul edilməsi və nəzəri prinsiplərinin sabitləşməsi əsrlər sonraya qədər uzanır. Aristotelin “Poetika” əsərinin tərcümə olunması Avropa ədəbi mühitində dramaturgiyaya yeni yanaşma və bununla da janrlara fərqli yozumları şərtləndirdi. Klassik faciə və komediya əsərləri ilə yanaşı bu janrların sərhədlərinin genişləndiyi, tragik və komik elementlərin birgə müşahidə olunduğu mətnlər diqqəti daha çox cəlb etdi. Sözügedən nümunələrə nəzəri təyinat vermək məsələsi renesans dövrü ədəbiyyatşünasları üçün ciddi əhəmiyyət kəsb edirdi. Bir çox nəzəriyyəçilər klassik ənənəyə əsasən faciə və komik ünsürlərin, orta əsrin sosial sferasına görə ziddiyyət təşkil edən təbəqələrə mənsub obrazların birgə təqdim olunmasına qarşı çıxırdılar. Digər qütbün təmsilçiləri isə hibrid təəssürat yaradan pyesləri müdafiə edir və estetik zövq baxımından faydalı sayırdılar. Məqalədə tragikomediyanın tarixi poetika kontekstində ⅩⅥ-ⅩⅦ əsrlərdəki təkamül prosesi tədqiq olunur. Renesans dövrünün önəmli simalarının münasibətləri fonunda janrın bədii mövcudluq kimi ədəbi mühitdə vətəndaşlıq qazanmasına mənfi və müsbət yanaşmaların əsaslandığı arqumentlər ətraflı təhlil edilir. Tragikomediyanın nəzəriyyələşməsindən öncə tədqiqatçıların tragikomik düşüncəyə baza hesab etdikləri nümunələr müəyyənləşdirilir və onlara hansı aspektdən yanaşmanın məqsədyönlü olması ilə bağlı yeni görüş bildirilir. Janrın nəzəri əsaslarını formalaşdıran Covanni Battista Quarininin tərtib etdiyi prinsiplər göstərilir. Onun Aristotel kanonları barədə şərhlərində əsas mübahisəli məqamlara aydınlıq gətirilir. Təkcə İtaliyada yox, İngiltərə və İspaniyada da tragikomediyaya ədəbi yanaşmalar konkret nümunələr işığında tədqiqata cəlb olunur.
Anahtar Kelimeler
Kaynakça
- Bentley, E. (2019). Dramın həyatı. (F. Cəlilova, Tərc.) Bakı: ADMİU.
- Bəkirqızı (İsayeva), P. (2024). Tragikomediyanın janr xüsusiyyətləri, təsnifatı və Azərbaycan ədəbiyyatında inkişaf mərhələləri. Poetika.izm(1), 91–106.
- Brown, A., & Kimmey, J. (1968). Tragicomedy. Columbus, OH: Charles E. Merrill Publishing Company.
- Dewar-Watson, S. (2007). Aristotle and Tragicomedy. Mənbə: S. Mukherji, & R. Lyne (Red.-lar), Early Modern Tragicomedy (ss. 15-27). Cambridge: Boydell & Brewer Inc.
- Dryden, J. (1911). All for love and The Spanish Fryar. Internet archive: https://archive.org/details/in.ernet.dli.2015.50331/page/n3/mode/2up
- Evans, G. (2007). The Minotaur of the Stage: Tragicomedy in Spain. Mənbə: S. Mukherji, & R. Lyne (Red.-lar), Early modern tragicomedy (ss. 59-75). Cambridge: Boydell & Brewer Inc.
- Foster, V. (2016). The Name and Nature of Tragicomedy. London; New York: Routledge.
- Giraldi Cinthio, G. (1583). Altile: Tragedia. Internet archive: https://archive.org/details/image444TeatroOpal
Ayrıntılar
Birincil Dil
Azerbaycan dili
Konular
Edebi Çalışmalar (Diğer)
Bölüm
Araştırma Makalesi
Yazarlar
Sezər Məmmədli
*
Azerbaijan
Yayımlanma Tarihi
13 Temmuz 2026
Gönderilme Tarihi
1 Mayıs 2026
Kabul Tarihi
17 Haziran 2026
Yayımlandığı Sayı
Yıl 2026 Sayı: 1