Görüntü Sunumu
BibTex RIS Kaynak Göster
Yıl 2023, Sayı: 1, 57 - 64, 27.07.2023
https://doi.org/10.59849/2663-4414.2023.1.57

Öz

Yıl 2023, Sayı: 1, 57 - 64, 27.07.2023
https://doi.org/10.59849/2663-4414.2023.1.57

Öz

ŞƏMSƏDDİN SİVASİNİN ƏSƏRLƏRİNİN MƏZMUNU

Yıl 2023, Sayı: 1, 57 - 64, 27.07.2023
https://doi.org/10.59849/2663-4414.2023.1.57

Öz

Şəmsəddin Sivasi (-1598) Xəlvətiliyin Şəmsiyyə qolunun qurucusudur. Azərbaycanda “Miratül-əxlaq” (B-5724), “Mənazilül-arifin” (M-309), “Gülşən-abad” (B-6040; B-5914) adlı 3 əsərinin 4 əlyazması mühafizə olunmaqdadır. XVI yüzilliyin zəngin yaradıcılığa malik məşhur türk
yazarlarından sayılan Əbus-Səna Şəmsəddin Əhməd bin Əbül Bərəkat Muhəmməd bin Arif Həsən Şəmsəddin Sivasi kimi tanınmışdır. Peçəvinin “Tarix”ində, Nəzmi Məhəmmədin “Hadayat əl-ixvan”ında əsmər olduğuna görə ona “Qara Şəmsəddin”, “Qara Şəmsi” də deyildiyi göstərilir. Şeirlərini “Şəmsi” təxəllüsü ilə yazmışdır. Türk mədəniyyətinə bir çox əsər qazandırmış olan Şəmsəddin Sivasinin əsərlərinin bir hissəsi çap olunmuşdur. Niyyətimiz qalan əsərlərin üzərində də bir an öncə çalışmaların artırılması və onların mədəniyyətimizə qazandırılması yönündədir. Xəlvətiyyə təriqətinin Şəmsiyyə şöbəsini qurmuş olan Şəmsəddin Sivasi bir çox tələbə yetişdirmişdir. Ərəb və fars dillərini o dillərdə əsər yaza biləcək dərəcədə yaxşı bilən müəllif əsərlərində ağır və çətin anlaşılan cümlələrdən çox istifadə etməmişdir. Dini-təsəvvüfi ədəbiyyatın XVI əsrdə önəmli ədiblərindən olan Şəmsəddin Sivasinin məlum olan əsərləri həm mənzum, həm də mənsurdur. Şəmsəddin Sivasinin şöhrəti Sivasdan Osmanlı sərhədlərini də aşmış, ünü çox yayılmışdır.
Səmərqənd, Buxara kimi elm mərkəzlərində də adından bəhs edilirdi. Həyatı boyunca hər kəsdən hörmət, itaət və məhəbbət görmüşdür. Zamanın alim və şairləri arasında yaxşı mövqeyi və hörməti var idi. Dörd Osmanlı sultanı – Qanuni Sultan Süleyman, II Səlim, II Murat və III Mehmet dövrlərində yaşamış, hamısından da hörmət və məhəbbət görmüşdür.

Toplam 0 adet kaynakça vardır.

Ayrıntılar

Birincil Dil Azerice
Konular Güney-Batı (Oğuz) Türk Lehçeleri ve Edebiyatları
Bölüm Araştırma Makalesi
Yazarlar

İnci Qasımlı

Yayımlanma Tarihi 27 Temmuz 2023
Yayımlandığı Sayı Yıl 2023 Sayı: 1

Kaynak Göster

APA Qasımlı, İ. (2023). ŞƏMSƏDDİN SİVASİNİN ƏSƏRLƏRİNİN MƏZMUNU. Müqayisəli Ədəbiyyatşünaslıq(1), 57-64. https://doi.org/10.59849/2663-4414.2023.1.57