Araştırma Makalesi

AZƏRBAYCAN VƏ RUS UŞAQ ƏDƏBİYYATININ TƏŞƏKKÜLÜ VƏ İNKİŞAF MƏRHƏLƏLƏRİ

Cilt: 2 Sayı: 1 31 Ocak 2019
  • Səməngül Qafarova
PDF İndir
TR EN

AZƏRBAYCAN VƏ RUS UŞAQ ƏDƏBİYYATININ TƏŞƏKKÜLÜ VƏ İNKİŞAF MƏRHƏLƏLƏRİ

Öz

Məlum olduğu kimi hər bir predmetin tarixi ilə nəzəriyyəsi ayrılmazdır. Əgər biz bu günkü uşaq ədəbiyyatının daha dolğun mənzərəsini canlandırmaq və gələcək inkişafına istiqamət vermək istəyiriksə, mütləq onun keçmişinə nəzər salmalıyıq. Azərbaycan uşaq ədəbiyyatı bu günkü nailiyyətlərinə görə özünün keçmişinə borcludur. Çünki o, əvvəlki ənənənin özülü üzərində dayanır və onun davamı kimi inkişaf edir. Elə buna görə də, uşaq ədəbiyyatımızın keçmişini onun təşəkkül dövründən başlayaraq öyrənməyə zəruri ehtiyac hiss olunur.

XIX əsrin axırları – XX əsrin əvvəllərində rus və Azərbaycan inqilabçı demokratları ədəbiyyatın və mədəniyyətin bu təlatümlü dövründə uşaq ədəbiyyatının inkişafına düzgün istiqamət vermək istəyirdilər. Belə hesab edirdilər ki, yeni insan, yeni vətəndaş tərbiyəsində uşaq ədəbiyyatının istiqaməti sosialist realizmi yaradıcılıq metoduna əsaslanın, proletar ədəbiyyatının bir qolu kimi fəaliyyət göstərməlidir. Lakin ictimai-siyasi quruluşun təsirindən asılı olmayaraq uşaq ədəbiyyatı da ziyalı sənətkarların qələmlərinin gücü ilə inkişafını davam etdirirdi.Uşaq ədəbiyyatının məqsəd və vəzifəsindən göründüyü kimi, bu ədəbi aləm müxtəlif elmlərlə: pedaqogika, psixologiya, etika, estetika, incəsənət, təbabət və dəqiq elmlər – əlaqəli şəkildə inkişaf edir. Yeni nəslin hərtərəfli inkişaf etməsində, kamala çatmasında hər birinin özünəxas yeri var.

Anahtar Kelimeler

Kaynakça

  1. BƏKTAŞİ S. XX əsr uşaq mətbuatında ədəbiyyat. Bakı, 1965.
  2. XƏLİL Z. Azərbaycan uşaq ədəbiyyatı (rus dilində). M., 1987.
  3. MƏMMƏDOV Ə. Azərbaycan uşaq ədəbiyyatı. Bakı, 1977.
  4. YUSİFOĞLU R. Uşaq ədəbiyyatı. Bakı, 2006.
  5. Антология русской литературы. В 6-ти т. т.3., М., ООО «Мир энциклопедий», 2008.
  6. МОМЕТОВ С. Счастливый труд. 1974
  7. Политковская Л. Антология русской детской литературы. В 6-ти т. т.6., М., ООО «Мир энциклопедий», 2009.

Ayrıntılar

Birincil Dil

Türkçe

Konular

Dil Çalışmaları

Bölüm

Araştırma Makalesi

Yazarlar

Səməngül Qafarova Bu kişi benim
0000-0002-3548-8937
Azerbaijan

Yayımlanma Tarihi

31 Ocak 2019

Gönderilme Tarihi

1 Ekim 2018

Kabul Tarihi

27 Aralık 2018

Yayımlandığı Sayı

Yıl 2019 Cilt: 2 Sayı: 1

Kaynak Göster

APA
Qafarova, S. (2019). AZƏRBAYCAN VƏ RUS UŞAQ ƏDƏBİYYATININ TƏŞƏKKÜLÜ VƏ İNKİŞAF MƏRHƏLƏLƏRİ. HOMEROS, 2(1), 1-10. https://doi.org/10.33390/homeros.2.001