Ustad Şehriyâr’ın Sevgi Felsefesinde Vatan ve Vatanperverlik Simbolleri
Öz
Məhəmmədhüseyn Şəhriyar gənc yaşlarından Azərbaycan və İran poeziya məktəbinin görkəmli nümayəndələrindən biri kimi tanınmışdır. Onun 24 yaşında Tehranda nəşr olunan ilk kitabı ədəbi ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanmış, hətta XX əsrin yeni Hafizi kimi qiymətləndirilmişdir. Şəhriyarın poeziyasında məhəbbət, irfani eşq, vətən və insan sevgisi əsas mövzular olmuş, zaman keçdikcə bu anlayışlar ümumvətən sevgisi ilə daha da zənginləşmişdir. O, həm fars, həm də türk dillərində yaratdığı əsərlərlə oxucuların dərin rəğbətini qazanmışdır. XX əsrin birinci yarısında Şəhriyar İranda geniş tanınsa da, Sovet Azərbaycanında kifayət qədər məşhur deyildi. Bunun əsas səbəbi onun əsərlərinin əsasən fars dilində yazılması, eləcə də 1945–1946-cı illərdə Azərbaycan Milli Hökumətinin süqutundan sonra SSRİ ilə İran arasında yaranan siyasi gərginliyin mədəni və ədəbi əlaqələri məhdudlaşdırması idi. İkinci Dünya müharibəsi illərində və 1941–1946-cı illərdə Cənubi Azərbaycanda baş verən demokratik-milli hərəkat dövründə mədəni əlaqələrin inkişafı üçün müəyyən imkanlar yaransa da, Şəhriyarın doğma vətənində geniş tanınması yalnız ana dilində yazmağa başlamasından sonra mümkün oldu. Onun türkcə qələmə aldığı əsərlər, xüsusilə "Heydərbabaya salam", Azərbaycan xalqının milli yaddaşını, vətən sevgisini və mənəvi dəyərlərini yüksək bədii dillə ifadə edərək qısa zamanda milyonlarla oxucunun sevgisini qazandı. Yunus İmrə, Nəsimi, Füzuli, Xətai və Vaqif kimi klassiklərin poeziya ənənələrindən bəhrələnən Şəhriyar sadə, səmimi və xalq dilinə yaxın üslubu ilə seçilmişdir. Türkcə yazdığı şeirlərin sayı farsca əsərlərindən az olsa da, onların hər biri xalqın gündəlik həyatını, milli ruhunu və vətən duyğusunu əks etdirən qiymətli ədəbi nümunələrə çevrilmiş, geniş oxucu kütləsinin yaddaşında yaşayaraq Azərbaycan ədəbiyyatının ən dəyərli irs nümunələri sırasında yer almışdır.
Anahtar Kelimeler
- Məhəmmədhüseyn Şəhriyar
- Azərbaycan ədəbiyyatı
- Vətən sevgisi
- Azərbaycan türkcəsi poeziyası
- Milli kimlik
Destekleyen Kurum
Proje Numarası
Etik Beyan
Teşekkür
Kaynakça
- Aliyeva, N. (2024). The concept of a unified homeland in the poetry of Mohammad-Hossein Shahriyar. *Baku State University Journal of Oriental Studies*.
- Azeroğlu, N., & Azizpour, R. (2021). Daily words in Persian and Turkish poems of Shahryar and literary creativity of Heydar Babaya Salam poem. *Şarkiyat İlmi Araştırmalar Dergisi / Journal of Oriental Scientific Research, 13*(1), 587–603. https://doi.org/10.26791/sarkiat.803626
- *Didar-e aşna: Məcmueye məğalat mocəmmeye cəhani Şəhriyar* (1377 SH). Peyk Ara.
- Fuad, E. (2010). *Söz sərrafı Şəhriyar*. Avrasiya Press.
- Fuad, E. (2017). Poetry customs and traditions of Shahriyar: Shahriyar and “Sahandim”. *Khazar Journal of Humanities and Social Sciences, 20*(3), 126–145. https://doi.org/10.5782/2223-2621.2017.20.3.126
- Gülusoy, İ. E. (2018). Lexical and semantic features of anthroponyms in the poem “Greetings to Heydar Baba” by Mohammad Hossein Shahriar. *Studia Humanitatis*, (4). https://doi.org/10.24411/2308-8079-2018-00016
- Həbibbəyli, İ. (2002). *Şəhriyar dünyası*. Züfa.
- Heyət, C. (2011). *Dilimiz, ədəbiyyatımız və kimliyimiz uğrunda*. Elm və Təhsil.
Ayrıntılar
Birincil Dil
Azerbaycan dili
Konular
Fars Dili, Edebiyatı ve Kültürü, Edebi Çalışmalar (Diğer)
Bölüm
Araştırma Makalesi
Yazarlar
Eynulla Madatli
*
0000-0001-9315-9990
Azerbaijan
Yayımlanma Tarihi
30 Ekim 2026
Gönderilme Tarihi
7 Ağustos 2026
Kabul Tarihi
2 Eylül 2026
Yayımlandığı Sayı
Yıl 2026 Cilt: 2 Sayı: 4