Araştırma Makalesi

AZƏRBAYCAN RUHANİLİYİNDƏ ŞUŞADAKI MƏSCİDLƏRİN VƏ İMANLI İNSANLARIN YERİ. (“QARABAĞNAMƏLƏR” əsasında)

Cilt: 2 Sayı: 1 15 Mayıs 2022
  • əziz Boran
PDF İndir
AZ

AZƏRBAYCAN RUHANİLİYİNDƏ ŞUŞADAKI MƏSCİDLƏRİN VƏ İMANLI İNSANLARIN YERİ. (“QARABAĞNAMƏLƏR” əsasında)

Öz

Şübhəsiz ki, bu məsələdə xanlığın yaradıcısı və onunla birlikdə olan şəxslərin həyata baxışları, iman sahibi olmaları, yaşam prinsipləri, dinə və onun əsas ehkamlarına olan münasıbətləri mühüm rol oynamışdır. ”Qarabağnamələr”də yazıldığına görə bu xanlığın əsasını qoyan qədim türk tayfalarından olan sarıcalı Pənahəli xan və onun övladları, “ Vətəni sevmək də imandandır “ əxlaqına sahib olan el və obaları (1,33) davranış və yaşamlarında, hətta haqq dünyasına qovuşduqda halallıq prinsipinə əməl etmişlər. Mənbələrdə göstərilir ki, Pənahəli xan Şirazda “...allahın rəhmətinə” getdikdən sonra nəşini böyük hörmətlə gətirib vəsiyyətinə görə əsasını qoyduğu Bayat, Şahbulaq qalası və ya Şuşa şəhərində deyil, Ağdamda İmarət adlanan yerdə dəfn etmişdilər. Bunun səbəblərindən bəhs edərkən “Qarabağnamələr”də yazılır ki, “Mərhum Pənahəli xan az bir müddət Kərim xanın paytaxtı olan Şirazda qaldıqdan sonra əcəli çatıb Şirazda allahın rəhmətinə getdi. Vəsiyyətinə əsasən onun cənazəsini böyük hörmətlə Qarabağa gətirib, indi Ağdam adı ilə məşhur olan, özünün halal mülkündə dəfn etdilər. Allah ona rəhmət eləsin” .

Anahtar Kelimeler

Kaynakça

  1. 1. Mirzə Adıgözəl bəy. ”Qarabağnamə” Qarabağnamələr. s.6-102. Birinci kitab. Tərtib edəni və çapa hazırlayanı Tarix elmləri namizədi A.Fərzəliyev.B.,1989,Yazıçı,192 s.
  2. 2. Mirzə Camal Cavanşir Qarabaği “Qarabağ tarixi”. Qarabağnamələr .s.104-148. Birinci kitab. B.,1989. Yazıçı, 192s.
  3. 3. Əhməd bəy Cavanşir. ”Qarabağ xanlığının 1747-1805-ci illərdə siyasi vəziyyətinə dair”.Qarabağnamələr. s.103-183. Birinci kitab. B.,1989.Yazıçı,192s.
  4. 4. Mirzə Yusif Qarabaği. ”Tarixi-safi” (Ön söz Ə. Hüseynzadənindir. Farscadan tərcümə, şərhlər N.Axundovdur.) Qarabağnamələr. İkinci kitab.s.6-92. Tərtib edəni və çapa hazırlayanı professor N.Axundov. B., 1991, Yazıçı, 450 s.
  5. 5. Mir Mehdi Xəzani. ”Kitabi-tarixi Qarabağ” (Müqəddimə və şərhlər A.Fərzəliyevindir. Transliterasiya A.Fərzəliyev və A.Ramazanovundur.) Qarabağnamələr. İkinci kitab.s.94-202. B., 1991. Yazıçı, 450 s.
  6. 6. Rzaqulu bəy Mirzə Camal oğlu. “Pənah xan və İbrahim xanın Qarabağda hakimiyyətləri və o zamanın hadisələri” (Ön söz farscadan tərcümə və şərhlər N.Axundovundur.) Qarabağnamələr. İkinci kitab. s.204-246. B., 1991.Yazıçı, 450 s.
  7. 7. Mirzə Rəhim Fəna. ”Tarixi-cədidi-Qarabağ” (Ön söz N.Axundovundur. Transliterasiya A.Ramazanovundur). Qarabağnamələr. İkinci kitab. s.248-268.B.,1991.Yazıçı,450 s.
  8. 8. Baharlı. ”Əhvalati-Qarabağ”. (Ön söz və transliterasiya N.Axundovundur.) Qarabağnamələr. İkinci kitab. s.270-308.B., 1991.Yazıçı, 450 s.

Ayrıntılar

Birincil Dil

Azerbaycan dili

Konular

Kültürel çalışmalar

Bölüm

Araştırma Makalesi

Yazarlar

əziz Boran Bu kişi benim
Azerbaijan

Yayımlanma Tarihi

15 Mayıs 2022

Gönderilme Tarihi

15 Mayıs 2022

Kabul Tarihi

-

Yayımlandığı Sayı

Yıl 2022 Cilt: 2 Sayı: 1

Kaynak Göster

APA
Boran, əziz. (2022). AZƏRBAYCAN RUHANİLİYİNDƏ ŞUŞADAKI MƏSCİDLƏRİN VƏ İMANLI İNSANLARIN YERİ. (“QARABAĞNAMƏLƏR” əsasında). Orta Doğu ve Orta Asya-Kafkaslar Araştırma ve Uygulama Merkezi Dergisi, 2(1), 1-20. https://izlik.org/JA73FF24YJ