Təqdim olunan məqalə postsovet dövründə Avrasiya məkanında siyasi və iqtisadi inteqrasiya proseslərinin tədqiqinə, Türk Dövlətləri Təşkilatının bu inteqrasiya proseslərindəki roluna, türkdilli dövlətlərin əməkdaşlığının hərbi aspektlərinə və hərbi ittifaq ideyası ətrafında elmi müzakirələrin araşdırlmasına həsr edilmişdir. Siyasi və iqtisadi inteqrasiyanın davamı olaraq TDT dövlətlərinin suverenliyinin və müstəqilliyinin qorunması, separatizmlə mübarizə, iqtisadi layihələrin, neft və qaz kəmərlərinin təhlükəsizliyinin təmin edilməsi, terrorizm, silah qaçaqmalçılığı, narkotiklərin qanunsuz dövriyyəsi və s. bu kimi təhlükələr üzv dövlətlərin birgə, əlaqələndirilmiş hərbi əməkdaşlığını zəruri edir. Türk dövlətlərinin hər birinin böyük hərb tarixi var və onlar tarixən yerləşdikləri siyasi coğrafiyanın həm siyasi, həm də hərbi oyunçuları olmuşlar. Bu dövlətlərin hərbi ittifaq yaratmaq ehtimalı ərazisində türkdilli xalqların yaşadığı İran, Rusiya və Çin kimi böyük və imperiya ənənələrinə malik qonşu dövlətləri xüsusilə narahat edir. Ona görə də türkdilli dövlətlərin hərbi və müdafiə sahəsində əməkdaşlığı çox vaxt Turan ordusunu yaratmaq cəhdi kimi dəyərləndirilir. Təqdim olunan məqalədə Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hərbi sahədə əməkdaşlığı, vahid türk ordusunun yaradılması və bu sahədə meydana çıxan bir sıra məsələlərin öyrənilməsi nəzərdə tutulur.
Turan ordusu hərbi təlimlər Şuşa bəyannaməsi Aselsan Mərkəzi Asiya Təhlükəsizlik İttifaqı
This article is about the study of the political, economic integration processes of the post-Soviet period in the Eurasian region, the role of the organisation of the Turkic-speaking states in these integration processes, the military aspects of the cooperation of the Turkic-speaking states and the scientific debate on the idea of military alliance. Each of the Turkic states has its own great military history; and historically they are both political and military actors of their political geography. The possibility of these states forming military alliances is of particular concern for neighbouring states with large and imperial traditions, such as Iran, Russia, China, whose territories are also inhabited by Turkic-speaking peoples. Therefore, any steps of the Turkic-speaking states in the field of military and defence are often regarded as attempts to build a Turanian army. This article includes an examination of the aims of cooperation of the member states of the Organisation of Turkic States in the military sphere and the creation of a unified Turkic army and the search for answers to a number of questions arising in this field.
Turan Army Military exercises Shusha Declaration Aselsan Central Asian Security Union
Birincil Dil | Türkçe |
---|---|
Konular | Türk Halkları ve Toplulukları |
Bölüm | Makaleler |
Yazarlar | |
Erken Görünüm Tarihi | 7 Aralık 2024 |
Yayımlanma Tarihi | 6 Kasım 2024 |
Gönderilme Tarihi | 13 Temmuz 2024 |
Kabul Tarihi | 6 Kasım 2024 |
Yayımlandığı Sayı | Yıl 2024 Cilt: 11 Sayı: 3 |
По всем вопросам приема статей и выпуска очередных номеров обращаться в редакцию соответствующего журнала