Məqalədə Qafqaz müharibəsinin başlandığı illərdə bu ölkələrə ilk səfərləri zamanı A.S.Puşkinin ürəyində yaranan ziddiyyətli fikirlərdən, Qafqazı özünə tabe etmək üçün işğalçı general Yermolova göstərdiyi ehtiramdan, rusların Qafqaz xalqlarına verəcəyi mədəniyyət və azadlığa inamından bəhs edilir. Lakin 1829-cu il Rusiya–Türkiyə müharibəsi zamanı şairin Qafqazda gördüyü müstəmləkəçiliyin ağır nəticələrindən danışılır. Şair Qafqaz xalqlarının həyatına, tarixinə, mədəniyyətinə böyük həssaslıqla yanaşmış və Qafqaz onun bitib‐tükənməyən mövzusuna çevrilmişdir. Puşkin Qafqaz diyarının əzəmətli obrazını rus ədəbiyyatına bir hadisə və kəşf kimi çatdırmışdı. Bununla yanaşı, rus ədəbi dilində möhkəm mövqeyə malik Qafqazı ilham mənbəyi kimi hesab edən Puşkinin dilindən şairin yaradıcılığında türk sözləri yer alır: çinar, tanqa, çixır, papax, kunak, çurek və s. onlarla belə sözləri ən çox ilk dəfə Puşkinin vasitəsilə rus oxucuları eşitmişdir.
Böyük rus şairi Aleksandr Sergeyeviç Puşkinin (1799-1837) istər həyatı, istər fəaliyyəti Qafqaz ölkələri ilə sıx bağlı olmuşdur. Şair Qafqaz xalqlarının həyatına, tarixinə, mədəniyyətinə böyük həssaslıqla yanaşmış, Qafqaz onun bitib‐tükənməyən mövzusuna çevrilmişdir. Puşkin Qafqaz diyarının əzəmətli obrazını rus ədəbiyyatına bir hadisə və kəşf kimi təqdim etmişdir.
Birincil Dil | Azerice |
---|---|
Konular | İletişim Çalışmaları |
Bölüm | Araştırma Makalesi |
Yazarlar | |
Yayımlanma Tarihi | 28 Aralık 2023 |
Yayımlandığı Sayı | Yıl 2023 |