1980-ci illər qazax romançılığının tarixində janr transformasiyası baxımından əhəmiyyətli bir dövr kimi xarakterizə olunmaqdadır. Yenidənqurma siyasəti və imperiyanın çöküşünün labüdlüyünün meydana çıxardığı yeni tarixi situasiya ədəbiyyatı, xüsusən də romançılığı yeni dəyişmə mərhələsinə qədəm qoyması üçün ciddi əsaslar yaratmışdır. Smaqul Elubayın “Ağ çadır” romanı bu dövr qazax romançılığındakı forma və məzmun baxımından dəyişməni göstərən əhəmiyyətli nəsr nümunələrindən biridir. Bu romanda 1928-1933-cü illərdə Qazaxıstanda baş verən aclıq və onu yaradan səbəblər bədii planda təsvir edilmişdir. Yazıçı böyük ustalıqla aclığın səbəb və nəticələrini göstərmiş, ideoloji təsisatlarını sərt şəkildə yeritməyə başlayan sovet hökümətinin naqisliklərini göstərmişdir. Məqalədə sovet imperiyasının mövcud idarəetməni dəyişməsinin xaosa və nəticədə aclığa səbəb olması və əvvəlki bəylik sistemi ilə yeni qurulan bolşevik sisteminin qarşıdurmasını və nizamsızlığın, xaosun nizam, kosmos üzərində qələbəsi tədqiqata cəlb edilmişdir. Araşdırmada Fəxrəddin bəy və onun ağ çadırı kosmosu, Şarip və digərlərinin təlim aldığı bolşeviklərin qızıl çadırı isə xaosun timsalı kimi öyrənilmişdir. Smaqul Elubayın “Ağ çadır” romanı 1980-ci illər qazax ədəbiyyatında, ümumilikdə, türk xalqları nəsrində yeni təmayüllərin yaranmasında mühüm rol oynamışdır.
Birincil Dil | Azerice |
---|---|
Konular | Kuzey-Batı (Kıpçak) Türk Lehçeleri ve Edebiyatları |
Bölüm | Araştırma Makalesi |
Yazarlar | |
Yayımlanma Tarihi | 27 Temmuz 2023 |
Yayımlandığı Sayı | Yıl 2023 Sayı: 1 |