Müstəqillik Dövründə Gürcüstanda Milli Dövlət Quruculuğu, İslam Siyasəti Və Regional Əməkdaşlıq
Öz
Müasir dövrdə müstəqilliyini yeni qazanmış ölkələrdə ən önəmli məsələlərdən biri milli dövlət quruculuğu prosesinin uğurla həyata keçirilməsidir. Bu prosesin həyata keçirilməsi bilavasitə bir neçə ünsürdən asılıdır. Bunlardan biri vətəndaşların milli kimliklərinin önəmli bir parçasını təşkil edən dini kimlik ünsürüdür. Dövlətlərin həyata keçirdikləri dini və milli (etnik) azlıqlar siyasəti milli dövlət quruculuğunun uğurla davam etdirilməsi baxımından vacib əhəmiyyət kəsb edir. Müxtəlif milli, dini və etnik qrupların yaşadığı Gürcüstanda bu siyasətin özünəməxsus problemləri mövcuddur. Azlıqlarla bağlı milli siyasətin insan hüquqları, demokratiya və beynəlxalq hüququn ümumi prinsipləri çərçivəsində həyata keçirilməsi bu problemlərin aradan qaldırılması baxımından vacibdir. Gürcüstanda yaşayan Borçalı türkləri, acarlar, Axısqa türkləri və kistlərdən ibarət müsəlman azlıqlarla bağlı problemlərin uğurlu həlli ölkədəki islam siyasətinin xarakterindən asılıdır. 2011-ci ildən etibarən bir neçə dəfə aparılmış sosioloji sorğu və əldə edilən nəticələr bu məqalənin hazırlanması baxımından çox faydalı olmuşdur. Habelə 2015-2016-cı illərdə çox sayda araşdırmaçının yer aldığı kollektiv sorğu, müşahidə və dərin müsahibələr, habelə, Türkiyədəki elmi araşdırmalar bu məqaləni uğurla tamamlamağa imkan vermişdir. Məqalədə, yuxarıda bəhs edilən sosioloji sorğu və araşdırmalar zamanı əldə edilən nəticələrdən, habelə regionla bağlı rəsmi mənbələrdə yer alan materiallardan istifadə edilərək mövcud problemlərin həlli məsələsində üçtərəfli əməkdaşlığın roluna diqqət çəkilmişdir.
Anahtar Kelimeler
Kaynakça
- Asker Ali, Çoxtərəfli əməkdaşlıq prizmasından Türkiyənin Cənubi Qafqaz siyasəti, Qafqazşünasların Birinci Beynəlxalq Forumu [17-18 aprel 2017: Bakı], Azərbaycan MEA Qafqazşünaslıq İnstitutu, Bakı, 2017 (ss. 212-218).
- Asker Ali, Kahraman Alter, Gürcistan’da Devletleşme, Kimlik İnşası ve Müslüman Topluluklar. İçinde: Gürcistan’daki Müslüman Topluluklar: Azınlık Hakları, Kimlik, Siyaset (Editörler: Ayşegül Aydıngün, Ali Asker, Aslan Yavuz Şir), AVİM Yay., Terazi Yayıncılık, Ankara 2016 (ss. 23-47).
- Asker Ali, Öğütcü Özge Nur. Borçalı Türkleri: İslam, Mezhep ve Din Temelli Sorunlar, Gürcistan’da Müslüman Topluluklar: Azınlık Hakları, Kimlik, Siyaset (Ed. Ayşegül Aydıngün, Ali Asker, Aslan Yavuz Şir), Avrasya İncelemeleri Merkezi, Ankara 2016 (ss. 219-244).
- Asker Ali. Gürcistan’da Din-Devlet İlişkilerinde Yeni Yasal Düzenleme, 21.Yüzyıl. Eylül, 2011, No. 33 (ss. 66-72).
- Aydıngün Ayşegül, Asker Ali, Üner Anıl. Pankisi Vadisi’nde Kistler: Selefilik, Gelenekçilik, Kimlik ve Siyaset, Gürcistan’da Müslüman Topluluklar: Azınlık Hakları, Kimlik, Siyaset (Ed. Ayşegül Aydıngün, Ali Asker, Aslan Yavuz Şir), Avrasya İncelemeleri Merkezi, Ankara 2016 (ss. 347-370).
- Bilestka Yuliya, Tuncel Turgut Kerem. Ahıska Türklerinin Gürcistan’a Geri Dönüşü ve ‘Ermeni Faktörü’, Gürcistan’da Müslüman Topluluklar: Azınlık Hakları, Kimlik, Siyaset (Ed. Ayşegül Aydıngün, Ali Asker, Aslan Yavuz Şir), Avrasya İncelemeleri Merkezi, Ankara 2016 (ss. 319-346).
- Çelikpala Mitat, Veliyev Cavid. Azerbaycan-Gürcistan-Türkiye. Bölgesel İşbirliğinin Başarılı Örneği, Polisy Brief, Center for International and European Studies (CIES) , Marty 2015. Huseynov Rashad, History and Evolution of Islamic Institutions in Azerbaijan (XIX-XXI. Centuries). The Caucasus - Globalization Journal of Social, Political and Economic Studies. Vol. 8, Issue 1-2, 2014 (pp. 1-11).
- İsgəndərov Anar, Mövlayi Adil, Şeyxülislamın tarixi, “Elm və təhsil”, Bakı 2016.
Ayrıntılar
Birincil Dil
Azerbaycan dili
Konular
Siyaset Bilimi, Sosyoloji, Uluslararası İlişkiler, Sosyal Bilimlerin Tarihi
Bölüm
Araştırma Makalesi
Yazarlar
Ali Asker
*
0000-0003-1801-3371
Türkiye
Tuğba Ünal
Bu kişi benim
0000-0001-7128-8951
Türkiye
Yayımlanma Tarihi
30 Eylül 2020
Gönderilme Tarihi
27 Mart 2020
Kabul Tarihi
13 Eylül 2019
Yayımlandığı Sayı
Yıl 2020 Cilt: 9 Sayı: 2