Hacı Bayram Vəli Şeirlərində Özünüdərkin Struktur Troyektoriyası
Öz
XIV
əsr Türk təsəvvuf şeirini yaranmasında
və inkişafında böyük rolu olan
övliya şairlərdən biri də Hacı Bayram Vəli (1352-1436 ) olmuşdur. Onun
yaratdığı təsəvvuf məzmunlu şeirlər həm
özündən əvvəl yaranan (Yunus
Emre) təriqət poeziyasından bəhrələnmiş,
həm də özündən sonra yazıb –yaradan həm də (Məsələn: Yazıcızadə Məhəmməd Əfəndi
hocasını öyərək deyirdi: Cihanın kutbi mahı Hacı Bayram, Cihanın şeyhi,
şahı Hacı Bayram) təsəvvuf
şeirinə güclü təsiri olmuşdur Hacı Bayram Vəlinin ünlü bir övliya olacağını hələ şairin dünyaya
gəlməzdən əvvəl haqqında yaranan yarıhəqiqət, yarırəvayət olan məlumatlardan görürük. Bu
rəvayətlər sonradan həqiqətə çevrilərək haqqa doğru yolçuluq edən övliya şairin əməllərində
gerçəkləşdi. Poeziyasında təsəvvuf əhlinin özünü bilməsi
ideyasını təbliğ edən şair şeirlərinin
birində deyir: “bilmək istərsən səni, can içrə ara canı, Keç canından bil onu,
sən səni bil, sən səni” Təsəvvuf əhlinin kodlaşmasında ən mühüm olan amillərdən biri və birincisi
özünü bilməsidir. Belə bir aforizim də
var ki, “kəndini bilən, rəbbini bilər” prinsipi təsəvvuf elmində əsasın əsasıdır.
Həyatı boyunca haqqa doğrü yolçuluq edən
şair seyri-süluk boyunca təsəvvuf
traktoriyası üzrə hərəkət etmişdir. O, təsəvvuf elminin, sirlərini (şəriət, təriqət, mərifət,
həqiqət) mükəmməl bilmiş və həyatı boyunca onlara əməl etmişdir. Həyatından məlum
olur ki, bir pirdən dərs alması, bir dərgaha qoyub getdiyi təriqətin sonradam davamçılarının yetişməsi, şairin haqqa doğru yolçuluğunun məziyyətlərini bizə göstərir. Mütəsəvvuf şair bunların bəzilərini əməli işlərlə yerinə
yetirirdisə, bəzilərini isə, yəni Qurani-Kərimin ideyalarını şeir dili ilə
insanlara sevdirirdi. “Ey könul, tərk
eylə sivayi maksudi aksayi gör, Li məallah
sirrinə ir mətləbi əl ayi gör” deyən şair
könlünə müraciət edərək, artıq
ilahi mətləblərin sirrindən agah olmasını ona tövsiyə edir . Şairin yaradıcılığına arşdıran
mütəxəsislər haqlı olaraq onun şerilərini
bir qisminin Yunus Əmrə təsirindən yarandığını göstərirlər. Hacı Bayram
Vəlinin bəzi şeirləri var ki, onların
ifadə tərzi Yunusun şeirləri ilə üst-üstə düşür. “Çələbim bir şar yaratmış iki
cihan arasında” misrası ilə başlayan şeiri Yunusun “Bu dünyanın məsəli bir ulu
şara bənzər” misrası ilə başlayan şeiri ilə səsləşir.
Anahtar Kelimeler
Kaynakça
- TURAN, Fatma, TURAN, Refik, ERDOGAN,Abdulkerim,2011, Horasanı Anadoluya, Anadolunu Balkanlara bağlayan menevi önder Hacı Bayram Veli., Böyükşeher Belediyyesi Yayın evi, Ankara.
- DOĞAN, Abdulkerim, 2015, Ankaranın manevi mimarı Hacı Bayram-i Veli. Ankara Büyükıeher Belediyesi, Yayın evi, Ankara.
- KARACA, Nurgül, 2011, Hacı Bayram Velinin aşikler üzerindeki etkisi, Ankara.
- YAHYA, Benekay, 1996, Hacı Bayram Veli, Turan, 2004 . İstanbul.
- KAMIL, Şahin, 1990, Hacı Bayram Velinin müderrisliği ve Melike hatun medresesi, Yayınevi, I.Hacı Bayram Veli Sempozyumu Bildirileri, Ankara.
- GÖLPINARLI, Abdulbaqi, 1965,Yunus Emre. Risalat el-Nushiyye ve Divan. Turizm ve Tatıtma Dernegi Yayını, İstanbul.
- TURAN, Refik, TUR, Fatmana, Erdoğan, Abdulkerim, 2011,Horasanı Anadoluya, Anadolunu Balkanlara bağlayan menevi önder Hacı Bayram Veli, Böyükşeher Belediyyesi, Yayınevi, Ankara.
- YILDIRIM, Ayşe, 2008, Hacı Bayram Veli ve Tasavvufi Görüşleri, Basılmamış Yüksek Lisans Tezi, Çukurova Üniversitesi Sosyal Bilimler Enstitüsü, Adana.
Ayrıntılar
Birincil Dil
Türkçe
Konular
-
Bölüm
Araştırma Makalesi
Yazarlar
Xuraman Hummatova
Bu kişi benim
0000-0001-5426-5766
Azerbaijan
Yayımlanma Tarihi
25 Ağustos 2017
Gönderilme Tarihi
1 Temmuz 2017
Kabul Tarihi
-
Yayımlandığı Sayı
Yıl 2017 Cilt: 4 Sayı: 12