Araştırma Makalesi

Gürcü Çarı Qurucu Davidin İşğalları Dövründə Şəki Torpaqları

Cilt: 5 Sayı: 18 23 Aralık 2018
  • Şirinbəy əliyev
PDF İndir
TR EN RU

Gürcü Çarı Qurucu Davidin İşğalları Dövründə Şəki Torpaqları

Öz

Abxaz-Kartli çarı Qurucu David XI əsrin sonlarında ölkəsinin qüdrətini bərpa etməyə və xalqın yadellilərə qarşı mübarizədə qələbəyə inamını özünə qaytarmağa nail oldu. Gürcü mənbəsinə görə, 1097-ci ildə Qurucu David səlcuq sultanına xərac ödəməyi dayandırdı və artıq səlcuqlar Kartlidə qışlaya bilmədilər. Bu isə Abxaz-Kartli çarlığının sultandan asılılığının aradan qalxması demək idi. Ölkədə səlcuq ağalığına son qoyan Qurucu David qonşu dövlətləri, xüsusilə də Tiflis müsəlman əmirliyini, Şəki (Hereti-Kaxeti) çarlığını və Şirvanşahlar dövlətini ələ keçirmək istiqamətində ciddi hazırlıqlara başladı.Xilafətin süqutundan sonra Albaniyanın qanuni varisi kimi meydana gəlmiş və “albanların çarı” titulunu özündə saxlayan Şəki çarlığı 886-1104-cü illərdə, təxminən 230 ildən çox mövcud olmuşdur. Kürdən şimala Qəbələdən Telaviyədək torpaqları əhatə edən Şəki çarlığının ərazisi 1014-cü ildə Kaxeti knyazlığı ilə siyasi birləşmədən sonra qərbdə Araqvi çayınadək uzanmışdı. Müvafiq dövrdə Azərbaycanda yaranmış digər feodal dövlətləri (Sacilər, Salarilər, Rəvvadilər, Şirvanşahlar, Şəddadilər) sırasında Şəki çarlığı əhalisinin böyük əksəriyyətinin  xristian olması ilə seçilirdi. 1101-ci ildə Şəki çarlığına qarşı başlatdığı ilk lokal xarakterli hərbi əməliyyatlardan sonra, Qurucu David 1104-1117-ci illərdə bəzi yerli Şəki feodal qruplarının köməkliyi ilə Şəki çarlığının ərazisini ələ keçirməyə müvəffəq olmuşdu. Abxaz-Kartli çarı Qurucu Davidin güclənərək, öz ölkəsinin hüdudlarından kənarda səlcuqları sıxışdırmağa başlaması sultanı və Gəncə atabəyini Şəki ölkəsinə hərbi müdaxilə etməyə vadar etmişdi. Lakin Ersuxi savaşında Qurucu David səlcuqlar üzərində ilk böyük qələbəsini qazana bilmişdi. İşğaldan sonra, Qurucu David, özünün “abxazlar və kartvellər çarı” tituluna “ranların/albanların və kaxların çarı” titulunu əlavə etmişdi. Müsəlman qaynaqlarında isə o, “Abxaz, Şəki, Alan.... çarlar çarı” kimi qeyd olunur. Qurucu Davidin işğalçı yürüşləri nəticəsində Şimal-Qərbi Azərbaycan torpaqlarında yaranmış və 230 ildən çox mövcud olan Şəki çarlığı süqut etmiş, Abxaz-Kartli çarlığının tərkibinə qatılmış, onun ərazisində iki hərbi-inzibati dairə: Şəki/Hereti eristavlığı və Kaxeti eristavlığı yaradılmışdı. Qurucu David keçmiş Şəki çarlığı əhalisindən (mənbədə herlər və kaxlar) ibarət böyük qoşun dəstələri düzəldərək öz ordularının tərkibinə daxil etmişdi.

Anahtar Kelimeler

Kaynakça

  1. İstoriya i vosxvaleniye ventsenostsev, Qruzinskiy tekst perevel, predisloviyem i primeçaniyami snabdil K.S. Kekelisdze, Tbilisi, AN QruzSSR, 1954.
  2. Kartlis tsxovreba, İstoriya Qruzii, Tbilisi, İzdatelstvo Artanudji, 2008. Kekelidze K.S. Sotsialno-politiçeskoye i kulturnoye sostoyanie Qruzii v epoxu Rustaveli, Etyudı po istorii drevneqruzinskoy literaturı, t, XII, Tbilisi, 1973.
  3. MESXIA, Ş.A. Didgorskaya bitva, Tbilisi, Metsniereba, 1974. Musxelişvili D.L. İz istoriçeskoy qeoqrafii Vostoçnoy Qruzii, Tbilisi, Metsniereba, 1982.
  4. SUMBAT, D.,. İstoriya i povestvovaniye o Baqrationax. Perevod, vvedeniye i primeçaniya M.D. Lordkipanidze, Tbilisi, Metsniereba, 1979.
  5. ÇXATARAYŞVILI, K.A., Voinı-inozemtsı v qruzinskom voyske XII veka, Qruziya v epoxu Rustaveli, Tbilisi, Metsniereba, 1966.

Ayrıntılar

Birincil Dil

Türkçe

Konular

-

Bölüm

Araştırma Makalesi

Yazarlar

Yayımlanma Tarihi

23 Aralık 2018

Gönderilme Tarihi

17 Kasım 2018

Kabul Tarihi

-

Yayımlandığı Sayı

Yıl 2018 Cilt: 5 Sayı: 18

Kaynak Göster

APA
əliyev, Ş. (2018). Gürcü Çarı Qurucu Davidin İşğalları Dövründə Şəki Torpaqları. Akademik Tarih ve Düşünce Dergisi, 5(18), 442-455. https://izlik.org/JA64ZK62HH
AMA
1.əliyev Ş. Gürcü Çarı Qurucu Davidin İşğalları Dövründə Şəki Torpaqları. ATDD. 2018;5(18):442-455. https://izlik.org/JA64ZK62HH
Chicago
əliyev, Şirinbəy. 2018. “Gürcü Çarı Qurucu Davidin İşğalları Dövründə Şəki Torpaqları”. Akademik Tarih ve Düşünce Dergisi 5 (18): 442-55. https://izlik.org/JA64ZK62HH.
EndNote
əliyev Ş (01 Aralık 2018) Gürcü Çarı Qurucu Davidin İşğalları Dövründə Şəki Torpaqları. Akademik Tarih ve Düşünce Dergisi 5 18 442–455.
IEEE
[1]Ş. əliyev, “Gürcü Çarı Qurucu Davidin İşğalları Dövründə Şəki Torpaqları”, ATDD, c. 5, sy 18, ss. 442–455, Ara. 2018, [çevrimiçi]. Erişim adresi: https://izlik.org/JA64ZK62HH
ISNAD
əliyev, Şirinbəy. “Gürcü Çarı Qurucu Davidin İşğalları Dövründə Şəki Torpaqları”. Akademik Tarih ve Düşünce Dergisi 5/18 (01 Aralık 2018): 442-455. https://izlik.org/JA64ZK62HH.
JAMA
1.əliyev Ş. Gürcü Çarı Qurucu Davidin İşğalları Dövründə Şəki Torpaqları. ATDD. 2018;5:442–455.
MLA
əliyev, Şirinbəy. “Gürcü Çarı Qurucu Davidin İşğalları Dövründə Şəki Torpaqları”. Akademik Tarih ve Düşünce Dergisi, c. 5, sy 18, Aralık 2018, ss. 442-55, https://izlik.org/JA64ZK62HH.
Vancouver
1.Şirinbəy əliyev. Gürcü Çarı Qurucu Davidin İşğalları Dövründə Şəki Torpaqları. ATDD [Internet]. 01 Aralık 2018;5(18):442-55. Erişim adresi: https://izlik.org/JA64ZK62HH

 

Copyright and Licensing Policy

All articles published in the Journal of Academic History and Ideas / Akademik Tarih ve Düşünce Dergisi are copyrighted by the journal. The journal provides immediate open access to its content under the terms of the Creative Commons Attribution–NonCommercial 4.0 International License (CC BY-NC 4.0): https://creativecommons.org/licenses/by-nc/4.0/ 

Under this license, users may read, download, copy, distribute, print, search, link to, reproduce, adapt, translate, and build upon the material in any medium or format for non-commercial purposes, provided that appropriate credit is given to the author(s) and the journal.

Any commercial use of the published material requires prior written permission from the Editorial Board. Requests concerning commercial reuse should be addressed to: akademiktarihvedusunce@gmail.com 

The authors bear full scientific, ethical, and legal responsibility for the content of their manuscripts. Opinions and claims expressed in published articles are solely those of the author(s) and do not necessarily reflect the views of the editors or the Editorial Board. The editors and the Editorial Board disclaim any responsibility or liability for the content of published works.

© Academic Journal of History and Idea / Akademik Tarih ve Düşünce Dergisi (ATDD). This work is licensed under CC BY-NC 4.0.