Məqalədə Azərbaycan siyasi təşkilatlarının Fevral burjua-demokratik inqilabından sonra Вakıda yaranan Fəhlə və Əsgər Deputatları Soveti (Bakı Soveti) timsalında inqilabi-demokratik hakimiyyətə münasibəti və onun işində iştirakı təhlil edilmişdir. Bakı Sovetinin fəaliyyətinin anti-Azərbaycan mahiyyətindən dolayı müxtəlif təmayüllü – milli-demokratik və sosialist siyasi qüvvələrinin bu orqanın işində iştirakı da maraq kəsb edir. Araşdırma zamaı dövr tarixinin öyrənilməsində mühüm mənbə olan mətbuatda yer alan xəbərlər, analitik məqalələr, oçerklər, hadisə iştirakçılarının xatirələri və arxiv materialları əsasında Bakıdakı siyasi qüvvələrin fəaliyyətini hərtərəfli təhlil etmək mümkün olmuşdur. Azərbaycanlılar Bakı əhalisinin və fəhlələrinin əksəriyyətini təşkil etsələr də, Bakı Sovetində yetərincə təmsil olunmamışdılar. Bu isə ilk növbədə müsəlmanları siyasi və sinfi düşüncə cəhətdən yetkin hesab etməyən qeyri-azərbaycanlı inqilabçı demokratlar və ya sosialistlərin münasibətindən irəli gəlirdi. Sovetin əksəriyyətini təşkil edən bu qüvvələr müsəlman fəhlələrin dəstək verdiyi Müsavat partiyasının Sovetə keçməsi qarşısında maneə yaradırdılar. Mart hadisələrinə qədər müsəlman fəhlələr arasında demokratik təşkilatlarda müsəlmanların proporsionallıq əsasında təmsil olunması tələbləri aktual olaraq qalmışdı. Hümmətçilər və müsəlman eserlərin Sovetə keçirdikləri bir neçə nümayəndə bu tələbi təmin etmirdi. Araşdırılan məsələ həmçinin Bakıda siyasi qüvvvələrin mübarizəsinə milli amillərin həlledici təsirindən danışmağa imkan verir.
Bakı Soveti müsəlman fəhlələr Müsavat partiyası bolşeviklər Hümmət təşkilatı
Birincil Dil | Türkçe |
---|---|
Bölüm | Makaleler |
Yazarlar | |
Yayımlanma Tarihi | 25 Eylül 2021 |
Yayımlandığı Sayı | Yıl 2021 Cilt: 8 Sayı: 3 |
По всем вопросам приема статей и выпуска очередных номеров обращаться в редакцию соответствующего журнала