Azərbaycan qədim şəhər ənənəsinə malikdir. Tarix boyunca burada ölkə və dünya tarixində mühüm rol oynayan şəhərlər yaranmışdır. Bu şəhərlər sırasında Şuşa şəhəri özünəməxsus yer tutur. Şuşa şəhəri Qarabağ xanlığının paytaxtı kimi meydana gəlsə də, qısa bir dövr ərzində Azərbaycanın əsas şəhərlərindən biri olmuşdur. Azərbaycanın İkinci Qarabağ müharibəsində Ermənistan üzərində qələbəsi nəticəsində Şuşa şəhərinin işğaldan azad edilməsi, şəhərin salınmasının 270 illiyi və ölkədə 2022-ci ilin “Şuşa ili” elan edilməsi Şuşa tarixinin öyrənilməsini daha da aktuallaşdırmışdır. Bu baxımdan, Şuşa tarixi tədqiqat obyektinə çevrilmişdir. Qarşıya qoyulan problemin həlli məqsədi ilə tarixi-müqayisə, genetik və digər metodlardan istifadə edilmişdir. Müəyyən edilmişdir ki, Şuşa şəhəri tarixi Azərbaycan ərazisində, məhz Azərbaycan şəhərsalma təcrübəsi əsasında salınmışdır. Şuşanın bütün tarixi Azərbaycan tarixinin tərkib hissəsi olmuşdur.İkinci Qarabağ müharibəsində qələbə nəticəsində Şuşanın Ermənistan işğalından azad edilməsi, Şuşanın yenidən Azərbaycan şəhərləri ailəsinə qovuşması onun tarixində yeni bir mərhələ açmışdır.
Azerbaijan has an ancient city tradition. Throughout history, cities that played a significant role in the history of the country and the world were formed here. Shusha occupies a special place among these cities. Although Shusha was founded as the capital of the Karabakh Khanate, it soon became one of the main cities of Azerbaijan. As a result of the victory of Azerbaijan against Armenia in the second Karabakh War, the independence of Shusha, and the declaration of 2022 as the year of Shusha in the country, depending on the 270th anniversary of the establishment of the city, enabled studies on Shusha and the history of Shusha to be learned better. From this point, Shusha has become an object of historical research. Historical comparison, genetic, and other methods were used to solve the problem. It was determined that Shusha was built on the historical territory of Azerbaijan, based on the experience of city planning in Azerbaijan. The entire history of Shusha has been a part of the history of Azerbaijan. As a result of the victory in the Second Karabakh War, the liberation of Shusha from the Armenian occupation, the return of Shusha to the family of Azerbaijani cities opened a new era in its history.
Azerbaijan Shusha Panah Khan Kurekchay treaty second Karabakh War
Birincil Dil | Türkçe |
---|---|
Bölüm | Makaleler |
Yazarlar | |
Yayımlanma Tarihi | 20 Kasım 2022 |
Yayımlandığı Sayı | Yıl 2022 Azerbaycan Kültür Başkenti Şuşa’nın 270. Yılı Armağan Sayısı/ The 270th-anniversary special issue of Şuşa, the cultural capital of Azerbaijan |
По всем вопросам приема статей и выпуска очередных номеров обращаться в редакцию соответствующего журнала