Sovet imperiyası dövründən miras qalan etnik münaqişə ocaqlarından biri də Dağlıq Qarabağ konflikti olmuşdur. Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra (18 oktyabr 1991-ci il) bu münaqişə daha da böyüyərək Ermənistanla Azərbaycan arasında müharibəyə səbəb olmuş, Ermənistan – Azərbaycan – Dağlıq Qarabağ münaqişəsi mərhələsinə qədəm qoymuşdur. Bunun nəticəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf rayonları Ermənistan hərbi qüvvələri tərəfindən işğal olunmuşdur. Müxtəlif beynəlxaq və regional təşkilatlarda. ikitərəfli və çoxtərəfli əməkdaşlıq çərçivəsində münaqişənin siyasi həllinə nail ola bilməyən Azərbaycan Respublikası, bu tarixi ədalətsizliyi hərbi-siyasi güc vasitəsilə həll etmək iradəsini ortaya qoyaraq, BMT TŞ dörd qətnaməsinə uyğun olaraq, 2020-ci il sentyabrın 27- dən etibarən Ermənistan tərəfindən işğal olunmuş Qarabağ bölgəsində “Sülhə məcbüretmə” (“Əks həmlə” əməliyyatı – M.A.) əməliyyatına başlamışdı. 2020-ci il sentyabrın 27- dən noyabrın 10-na kimi baş vermiş II Qarabağ müharibəsi nəticəsində Azərbaycan ordusu erməni işğalçılarını ağır məğlubiyyətə uğradaraq Dağlıq Qarabağ bölgəsini və ətraf rayonları düşmən işğalından azad etmiş və bölgədə yeni reallıqlar yaratmışdır. Ermənistanın acınacaqlı vəziyyətdən xilas etmək üçün Rusiyanın prosesə müdaxiləsi nəticəsində, 10 noyabr 2020-ci ildə Ermənistanın siyasi və hərbi məğlubiyyətini təsdiq edən kapitulyasiya aktı imzalanmışdır. 2021-ci ilin iyunun 15-də Şuşa şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”ni imzalamışlar.
Güney Kafkasya. Azerbaycan Türkiye “Şuşa Beyannamesi” barış ve güvenlik
The Nagorno-Karabakh conflict has been one of the foci of ethnic conflicts inherited from the era of the Soviet empire. After Azerbaijan regained its state independence (October 18, 1991), this conflict grew and led to a war between Armenia and Azerbaijan and passed the stage of the Armenia-Azerbaijan-Nagorno-Karabakh conflict. As a result, the Nagorno-Karabakh region of Azerbaijan and surrounding regions were occupied by Armenian military forces. Unable to achieve a political solution to the conflict within the framework of bilateral and multilateral cooperation in various international and regional organizations, the Republic of Azerbaijan decided to resolve this historical injustice through military-political force. On September 27, 2020, Azerbaijan started the "Peace Enforcement" operation (“Counter Attack” operation - M.A) in the Karabakh region, which was occupied by Armenia at the time, in accordance with the four resolutions of the UN Security Council. As a result of the Second Karabakh War, which lasted from September 27 to November 10, 2020, the Azerbaijani army defeated the Armenian invaders and freed the Nagorno-Karabakh region and surrounding regions from enemy occupation and created new realities in the region. As a result of Russia's intervention in the process to save Armenia from a miserable situation, on November 10, 2020, an act of capitulation was signed confirming the political and military defeat of Armenia. On June 15, 2021, the President of the Republic of Azerbaijan Ilham Aliyev and the President of the Republic of Turkey Recep Tayyip Erdogan signed the "Shusha Declaration on Allied Relations between the Republic of Azerbaijan and the Republic of Turkey" in the city of Shusha.
South Caucasus Azerbaijan Turkey "Shusha Declaration" peace and security
Birincil Dil | Türkçe |
---|---|
Bölüm | Makaleler |
Yazarlar | |
Erken Görünüm Tarihi | 24 Mayıs 2023 |
Yayımlanma Tarihi | 25 Haziran 2023 |
Yayımlandığı Sayı | Yıl 2023 Cilt: 10 Sayı: 2 |
По всем вопросам приема статей и выпуска очередных номеров обращаться в редакцию соответствующего журнала