Bütün elm sahələrində vacib elmi-tədqiqat işlərindən biri terminlərin nizama salınmasıdır. Nizamasalma prosesində anlayışlar təhlil olunur, sistemləşdirilir və normalaşdırılır. Terminin daxil olduğu sahənin daxili bölgüsü geniş olduqda terminlər bu sahədə funksional ixtisaslaşmış anlayışları ifadə edir. Bu halda yaxın anlayışların müxtəlif terminlərlə adlandırılması tələb olunur. Yaxın anlayışları bildirən terminlərin qarışdırılması, onlardan birinin digərinin əvəzinə istifadə edilməsi baş verir. Terminləri dəqiq istifadə etmək məqsədilə ümumi mənanın funksional ixtisaslaşmasını öyrənmək yaxın terminlərin sinonim sırasını qurmaq və onların real tətbiq sahəsini (peşə uzusu) tapmaq lazım gəlir. Terminin real funksionallıq sferası sahəyə aid mənbələr əsasında müəyyənləşdirilir. Terminoloji sistemdə dubletlər alınma terminlərin iştirakı ilə formalaşır. Fasiləsiz təhsil sistemində semantik baxımdan yaxın anlayışları bildirən terminlərə çox təsadüf edilir. Belə terminlərin bir qismi ümumi mənanın sahədaxili funksional ixtisaslaşması üzrə fərqlənir. Terminlər elmi-texniki tərəqqi prosesində yaranır. Bu tərəqqi ilə bağlı dilin lüğət fondundakı terminlərin sayı müntəzəm artır. Anlayış bildirən hər hansı bir söz elm sahəsində predmetin, hadisənin, gerçəkliyin elmi təsəvvüründən keçərək xüsusiləşməsi yolu ilə terminləşir. Yeni termin təkcə bu və ya digər elm sahəsinin xüsusi leksik vahidi deyil, həm də sahənin əsaslarını, cəmiyyətin sosial-ictimai fəaliyyətini dildə əks etdirən leksik qatıdır. Terminlərinin öyrənilməsində struktur-semantik təhlillə yanaşı əksər hallarda müqayisəli metoddan da istifadə edilir. Müxtəlifsistemli dillərin leksik sistemi və məna strukturları arasında olan fərqləri araşdırmaq üçün müxtəlif metodlara ehtiyac yaranır.
Dil Söz Xəzinəsi Beynəlmiləlçilik Terminlər Termin Yaradıcılığı
Birincil Dil | Türkçe |
---|---|
Konular | Dilbilim (Diğer) |
Bölüm | Makaleler |
Yazarlar | |
Erken Görünüm Tarihi | 8 Ekim 2023 |
Yayımlanma Tarihi | 26 Eylül 2023 |
Kabul Tarihi | 30 Mayıs 2023 |
Yayımlandığı Sayı | Yıl 2023 Cilt: 10 Sayı: 4 |
По всем вопросам приема статей и выпуска очередных номеров обращаться в редакцию соответствующего журнала