Siyasət, eləcə də siyasi,-nəzəri məktəblərə aid “izm”-lərlə bağlı yüzlərlə əsər yazılsa da, zəngin kitabxanalar yaransa da bu bəşəri problem hər dövrdə, hər bir tarixi mərhələdə və hər bir dövlətin, xalqın şüurunda mühüm düşüncələrə yol açmış və həmçinin daha yeni-yeni tədqiqatların meydana çıxmasına təkan vermiş bir fenomen kimi öz əhəmiyyətini qoruyub saxlamaqdadır. Bu baxımdan dünya ictimai fikrinin fənnlərarası elm sistemində aktuallıq kəsb edən mövzular arasında Azərbaycan xalqının Ulu öndəri, tarixi şəxsiyyət, xalqının müstəqil dövlətini qurub-yaratmaq missiyasını həyata keçirmiş və hələ sağlığında "böyük lider, dövlət rəhbəri, ata, Ulu öndər titullarını qazanmış Heydər Əlirza oğlu Əliyevin Siyasi idarəçilik strategiyası - Heydərizm ciddi tədqiqatlar üçün zəngin mənbə olmaqla yanaşı, həm də istər bugünün, istər gələcək siyasət dünyasının faydalanacağı dəyərli məktəbdir. Heydərizmin elmi-nəzəri kontekstdə dərki üçün antik dövrdən modernizmə qədər meydana çıxmış və çox sayda “izm”-lərlə məşhur olan fəlsəfi cərəyanlar və məşhur filosofların, tarixi şəxsiyyətlər, dünyaşöhrətli siyasi liderlər, o cümlədən Mahatma Qandi, Mustafa Kamal Atatürkün milli dövlət, milli lider fəaliyyətləri əsasında yaranmış siyasi məktəblər - Qandizm, Kamalizm, habelə yeni dünya nizaının əsaalandığı marksizm və s. həmçinin müasir dövrdə “neo” başlığı ilə öyrənilən, tətbiq edilən siyasi stategiya modelləri böyük əhəmiyyət kəsb edir. Əlbəttə bir məqalədə “İzm” şəkilçisinin məna ifadələri ilə tarixi təcrübənin məktəb mahiyyətində tanınan elmi-metedoloji nəzəriyyələrini, eyni zamanda Liderlik dünyagörüşü kimi Heydərizm konsepsiyasını, bu nəhəng məktəbin prinsiplərini, müddəalarını bütövlükdə təhlil edib əsaslandırmaq mümkün deyildir. Ona görə də məqalə “Heydərizm konsepsiyasi (Problemə Giriş)” adlanır və biz bu başlığın daşıdığı məzmun daxilində fikirlərimizi, yanaşmalarımızı, əldə etdiyimiz nəticələri təqdim edəcəyik.
Azərbaycan Heydər Əliyev Heydərizm konsepsiyasi Kamalizm Qandizm
Birincil Dil | Türkçe |
---|---|
Konular | Modern Türk Tarihi |
Bölüm | Makaleler |
Yazarlar | |
Erken Görünüm Tarihi | 27 Ağustos 2023 |
Yayımlanma Tarihi | 26 Ağustos 2023 |
Kabul Tarihi | 26 Ağustos 2023 |
Yayımlandığı Sayı | Yıl 2023 Cilt: 10 Sayı: 1 - Azerbaycan Halkının Milli Lideri Haydar Alirza Oğlu Aliyev'in Doğumunun 100. Yılı Özel Sayısı |
По всем вопросам приема статей и выпуска очередных номеров обращаться в редакцию соответствующего журнала