At the beginning of the 21st century, ensuring peace and security in the South Caucasus and Central Asia was one of the top priorities in the foreign policy of the Republic of Turkey. In addition to bilateral and multilateral cooperation with the states of the region, Turkey continues its activities in regional organizations. Especially during periods of conflict and instability in the South Caucasus and Central Asia, Turkish diplomacy has demonstrated its fair position in regional organizations and supported the principle of ensuring peace, security and territorial integrity of the states in the region. On the other hand, Turkey aims to ensure the security of energy lines passing through the South Caucasus and Central Asia and to expand economic and trade relations with the countries in the region. In addition, ensuring state security by establishing normal neighborly relations with neighboring countries is considered one of the priority issues in Turkey's foreign policy. In the face of current political processes in the world and the region, the Republic of Turkey recognizes the territorial integrity and sovereignty of the South Caucasus republics and supports the resolution of ethnic-political conflicts in the region based on the principle of equality. In addition, the Republic of Turkey has consistently supported the resolution of conflicts in the Central Asian region within the framework of regional organizations based on the principle of peace and sovereign security of states.
XXI əsrin əvvəllərində Türkiyə Cümhuriyyətinin xarici siyasətində Cənubi Qafqaz və Mərkəzi Asiya bölgəsində sülhün və təhlükəsizliyin təmin olunması əsas prioritet məslələrdən biri idi. Türkiyə region dövlətləri ilə ikitərəfli və çoxtərəfli əməkdaşlıq etməklə yanaşı, həmçinin regional təşkilatlarda da öz fəaliyyətini davam etdirməkdədir. Xüsusilə də Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda baş verən münaqişələr və qeyri-sabitlik zamanı türk diplomatiyası regional təşkilatlarda öz ədalətli mövqeyini ortaya qoyaraq bölgədə sülhün, təhlükəsizliyin və dövlətlərin ərazi bütövlüyünün təmin olunması prinsipini dəstəkləmişdir. Digər tərəfdən Türkiyə Cənubi Qafqaz və Mərkəzi Asiyadan keçən enerji xətlərinin təhlükəsizliyini təmin etmək və region ölkələri ilə iqtisadi-ticarət əlaqələrin genişləndirmək siyasıtini qarşısına məqsəd qoymuşdur. Həmçinin çevrə dövlətləri ilə normal qonşuluq əlaqələri quraraq dövlət təhlükəsizliyinin təmin edilməsi Türkiyənin xarici siyasətində prioritet məsələlərdən hesab olunur. Türkiyə Cümhuriyyəti dünyada və bölgədə baş verən mövcud siyasi proseslər fonunda Cənubi Qafqaz respublikalarının ərazi bütövlüyünü və suverenliyin tanıyaraq bütün beynəlxalq və regional təşkilatlarda bölgədə mövcud olan etnik-siyasi münaqişlərin dövlətlərin ərazi bütövlüyü prinsipi əsasında həll olunmasının tərəfdarı olmuşdur. Həmçinin Türkiyə Cümhuriyyəti regional təşkilatlar çərçivəsində Mərkəzi Asiya regionunda baş verən münaqişələrin sülh və dövlətlərin suveren təhlükəsizliyi prinsipi əsasında həll olunmasını davamlı olaraq dəstəkləməkdədir.
Birincil Dil | Türkçe |
---|---|
Konular | Türkiye Cumhuriyeti Tarihi |
Bölüm | Makaleler |
Yazarlar | |
Erken Görünüm Tarihi | 3 Nisan 2024 |
Yayımlanma Tarihi | 2 Nisan 2024 |
Gönderilme Tarihi | 5 Ocak 2024 |
Kabul Tarihi | 1 Şubat 2024 |
Yayımlandığı Sayı | Yıl 2024 Cilt: 11 Sayı: 1 |
По всем вопросам приема статей и выпуска очередных номеров обращаться в редакцию соответствующего журнала