Araştırma Makalesi

Haruki Murakaminin “Mexaniki Quşun Xronikası” Romanında Tarixə Yönəlmə

Cilt: 2 Sayı: 2 29 Aralık 2024
PDF İndir
AZ EN TR

Haruki Murakaminin “Mexaniki Quşun Xronikası” Romanında Tarixə Yönəlmə

Öz

「ねじまき鳥クロニクル」– “Mexaniki quşun xronikası” (1994-1995) romanı Haruki Murakaminin postmodern nəsrində tarixə yönəlmənin ən müfəssəl təsvirini verən əsərdir. “Qoyun ətrafında macəra” romanında öz kimliyini axtaran Bokunun səyahətinin Yaponiyanın tarixi hadisələrindən süzülərək keçməsinə baxmayaraq, “Mexaniki quşun xronikası” romanı Murakaminin tarixə yönəlməsini və fərdin postinsana çevrilməsinin birbaşa təmsil etdiyi cəmiyyətin tarixində yaşananlarla bağlı olmasını ən qabarıq şəkildə nümayiş etdirən əsərdir. H.Murakami mənfi və ya başqa şəkildə tarixdən xəbərdar olmağın, müasir oxucular üçün kim olduqlarını və necə inkişaf mərhələsindən keçdiklərini anlamaq üçün vacib olduğunu bildirir. Modern insan üçün keçmiş bütöv bir vahid kimi deyil, bir-birindən qopmuş, aralarındakı əlaqələr qırılmış şəkildə təzahür edir. H.Murakami gələcək yaratmaq üçün keçmişi nəzərdən keçirməli, keçmişimizi müasirliyimizə əlavə etməli olduğumuzu irəli sürür. Posmodernizmin tarixi iddialara qarşı şübhə duymasına baxmayaraq, keçmişin ağrılı izləri bizə geridə qoyduğumuz mirasları öyrədə bilər. Romanda tarixi hadisələr – Çin torpaqlarında, Mancuriyadakı savaşda milyonlarca yapon əsgərinin canını fəda etməsi və tam olaraq sayları qeyri-müəyyən çin əsgərlərinin öldürüldüyü Nomonhan hadisəsini (Xalxin göl döyüşləri) birbaşa təcrübə edən birinci şəxslərin dinləyicisi olan qəhrəmanlar vasitəsilə təsvir edilir. H.Murakaminin sözügedən romanda tarixə yönəlməsi ətraflı və çoxşaxəlidir. Yazıçı tarixi hadisələrin günümüzə uzunmüddətli təsirlərini araşdırmaq üçün sürreal və simvolik elementlərdən istifadə edir. Toru pişiyi və həyat yoldaşı itkin düşdükdən sonra yoldaşı ilə olan münasibətlərini və öz mənliyini sorğulamaq üçün susuz quyuya endiyində ümid etdiyindən daha çoxunu, ölkəsinin yaxın tarixdəki çirkinliklərini tapır. Roman şəxsi və kollektiv tarixləri birləşdirir, baş qəhrəman Toru Okadanın itkin düşmüş arvadını axtarmasını Yaponiyanın militarist keçmişi, xüsusilə İkinci Dünya Müharibəsi hadisələri və Mancuriya savaşı haqqında düşüncələrlə birləşdirir.

Anahtar Kelimeler

Kaynakça

  1. 村上, 春. (2012). 夢を見るために毎朝僕は目覚めるのです 村上春樹インタビュー集1997-2011. 文藝春秋.
  2. Buruma, I. (1996). Becoming japanese. The New Yorker, 60-71. https://www.newyorker.com/magazine/1996/12/23/haruki-murakami-becoming-japanese
  3. Harvey, D. (1991). The Condition of Postmodernity: An Enquiry into the Origins of Cultural Change. Blackwell.
  4. Hutcheon, L. (1988). A Poetics of Postmodernism. Routledge.
  5. Murakami, H. (2009). Always on the Side of the Egg. Israel News. https://www.haaretz.com/israel-news/culture/1.5076881
  6. Olick, J. K. (1999). Collective Memory: The Two Cultures. Sociological Theory, 17(3), 333-348.
  7. Quliyev, Q. (2009). Postmodernizm... "e-Dalğa". Şəbəkə Dərgisi II, 72. https://kitabxana.net/files/books/file/1259778677.pdf
  8. Sarup, M. (1996). Identity, Culture and the Postmodern World.

Ayrıntılar

Birincil Dil

Azerbaycan dili

Konular

Japon Dili, Edebiyatı ve Kültürü

Bölüm

Araştırma Makalesi

Yayımlanma Tarihi

29 Aralık 2024

Gönderilme Tarihi

21 Temmuz 2024

Kabul Tarihi

2 Aralık 2024

Yayımlandığı Sayı

Yıl 2024 Cilt: 2 Sayı: 2

Kaynak Göster

APA
Yunusova, G. (2024). Haruki Murakaminin “Mexaniki Quşun Xronikası” Romanında Tarixə Yönəlmə. Müqayisəli Ədəbiyyatşünaslıq, 2(2), 22-30. https://izlik.org/JA69CC99JG
AMA
1.Yunusova G. Haruki Murakaminin “Mexaniki Quşun Xronikası” Romanında Tarixə Yönəlmə. CL. 2024;2(2):22-30. https://izlik.org/JA69CC99JG
Chicago
Yunusova, Gülnar. 2024. “Haruki Murakaminin ‘Mexaniki Quşun Xronikası’ Romanında Tarixə Yönəlmə”. Müqayisəli Ədəbiyyatşünaslıq 2 (2): 22-30. https://izlik.org/JA69CC99JG.
EndNote
Yunusova G (01 Aralık 2024) Haruki Murakaminin “Mexaniki Quşun Xronikası” Romanında Tarixə Yönəlmə. Müqayisəli Ədəbiyyatşünaslıq 2 2 22–30.
IEEE
[1]G. Yunusova, “Haruki Murakaminin ‘Mexaniki Quşun Xronikası’ Romanında Tarixə Yönəlmə”, CL, c. 2, sy 2, ss. 22–30, Ara. 2024, [çevrimiçi]. Erişim adresi: https://izlik.org/JA69CC99JG
ISNAD
Yunusova, Gülnar. “Haruki Murakaminin ‘Mexaniki Quşun Xronikası’ Romanında Tarixə Yönəlmə”. Müqayisəli Ədəbiyyatşünaslıq 2/2 (01 Aralık 2024): 22-30. https://izlik.org/JA69CC99JG.
JAMA
1.Yunusova G. Haruki Murakaminin “Mexaniki Quşun Xronikası” Romanında Tarixə Yönəlmə. CL. 2024;2:22–30.
MLA
Yunusova, Gülnar. “Haruki Murakaminin ‘Mexaniki Quşun Xronikası’ Romanında Tarixə Yönəlmə”. Müqayisəli Ədəbiyyatşünaslıq, c. 2, sy 2, Aralık 2024, ss. 22-30, https://izlik.org/JA69CC99JG.
Vancouver
1.Gülnar Yunusova. Haruki Murakaminin “Mexaniki Quşun Xronikası” Romanında Tarixə Yönəlmə. CL [Internet]. 01 Aralık 2024;2(2):22-30. Erişim adresi: https://izlik.org/JA69CC99JG