Robert Rojdestvenski M.Qorki adına Ədəbiyyat İnstitutunu bitirmiş və 1950-ci illərdə mətbuat səhifələrində dərc olunmağa başlamışdı. Onun ilk şeirlər məcmuəsi “Флаги весны” ictimaiyyətin diqqətini cəlb etmişdi. Sonrakı şeirlər və poemaları ilə yüksək pafos, obrazların rəngarəngliyi,
janr və mövzu müxtəlifliyi baxımından digər şairlərdən fərqlənmişdir. Böyük vətənpərvər şair
V.Mayakovski ənənələrinə sadiq qalaraq yaradıcılığında natiqlik bacarığından geniş istifadə etmiş,
həmçinin ballada janrına və təntənəli nəğmələrə müraciət etmişdir.
Bu yeniliklər onun öz sağlığında rus və digər milli ədəbiyyatların gözəl ənənələrinə çevrilmişdi. Şair Azərbaycan xalqının ədəbiyyatı ilə qırılmaz yaradıcılıq tellərilə bağlı idi. Azərbaycan xalqının
mübariz keçmişi, qaynar həyatı və mərd oğulları onun yaradıcılığına ilham verirdi.
Robert Rojdestvenski şeirlərində Azərbaycanı, onun xalqını, Bakını, Xəzər dənizini vəsf edirdi.
“Огненный очаг” şeirini buna misal göstərmək olar.
Robert Rojdestvenski ümumxalq məhəbbəti qazanmış şairlərdəndir. Onun Nəbi Xəzri, Nəriman Hə-
sənzadə, Məmməd Araz, Cabir Novruz və Xəlil Rza kimi istedadlı şairlərimizlə ədəbi və şəxsi yaradıcılıq əlaqələrini də xüsusi qeyd etmək lazımdır. R.Rojdestvenski yaradıcılığının əsasını Vətənə,
zəhmətkeş xalqa sonsuz məhəbbət və sədaqət təşkil edir.
Robert Rojdestvenski Azərbaycan ədəbiyyatı bədii tərcümələr paralellər ədəbi əlaqələr
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu
Robert Rojdestvenski M.Qorki adına Ədəbiyyat İnstitutunu bitirmiş və 1950-ci illərdə mətbuat səhifələrində dərc olunmağa başlamışdı. Onun ilk şeirlər məcmuəsi “Флаги весны” ictimaiyyətin diqqətini cəlb etmişdi. Sonrakı şeirlər və poemaları ilə yüksək pafos, obrazların rəngarəngliyi, janr və mövzu müxtəlifliyi baxımından digər şairlərdən fərqlənmişdir. Böyük vətənpərvər şair
V.Mayakovski ənənələrinə sadiq qalaraq yaradıcılığında natiqlik bacarığından geniş istifadə etmiş, həmçinin ballada janrına və təntənəli nəğmələrə müraciət etmişdir.
Bu yeniliklər onun öz sağlığında rus və digər milli ədəbiyyatların gözəl ənənələrinə çevrilmişdi. Şair Azərbaycan xalqının ədəbiyyatı ilə qırılmaz yaradıcılıq tellərilə bağlı idi. Azərbaycan xalqının
mübariz keçmişi, qaynar həyatı və mərd oğulları onun yaradıcılığına ilham verirdi. Robert Rojdestvenski şeirlərində Azərbaycanı, onun xalqını, Bakını, Xəzər dənizini vəsf edirdi.
“Огненный очаг” şeirini buna misal göstərmək olar. Robert Rojdestvenski ümumxalq məhəbbəti qazanmış şairlərdəndir. Onun Nəbi Xəzri, Nəriman Həsənzadə, Məmməd Araz, Cabir Novruz və Xəlil Rza kimi istedadlı şairlərimizlə ədəbi və şəxsi yaradıcılıq əlaqələrini də xüsusi qeyd etmək lazımdır. R.Rojdestvenski yaradıcılığının əsasını Vətənə,
zəhmətkeş xalqa sonsuz məhəbbət və sədaqət təşkil edir.
Robert Rojdestvenski Azərbaycan ədəbiyyatı bədii tərcümələr paralellər ədəbi əlaqələr
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu
Birincil Dil | Azerice |
---|---|
Konular | Karşılaştırmalı ve Ulusötesi Edebiyat |
Bölüm | Araştırma Makalesi |
Yazarlar | |
Yayımlanma Tarihi | 28 Aralık 2023 |
Yayımlandığı Sayı | Yıl 2023 Sayı: 2 |