6
6
Məhəmməd Füzulinin (1494-1556) ədəbi irsi janr, mövzu, ideya və məzmun baxımından olduqca zəngin və rəngarəngdir. O, ana dilində yazdığı lirik şeirlər divanında klassik şeirin müxtəlif janrlarından istifadə etmiş, hər bir janrın kamil örnəklərini yaratmışdır. Füzulinin divanına daxil olan şeirlər içərisində orijinal sənət əsərləri ilə yanaşı, sələf və müasirlərinə yazdığı nəzirələr, eləcə də iki təxmis örnəyi vardır. Şair XV əsr cığatay şairi Mövlana Lütfi və müasiri Həbibinin qəzəllərini təxmis edərək, divan ədəbiyyatımızı bu janrın klassik nümunələri ilə zənginləşdirmişdir.
Məqalədə Azərbaycan-cığatay ədəbi əlaqələri baxımından diqqəti cəlb edən Lütfinin qəzəli və ona yazılmış təxmis haqqında geniş və ətraflı bəhs olunur. Füzulinin təxmisi bəndlər üzrə Lütfinin qəzəli ilə müqayisəli şəkildə araşdırılır. Hər bənddə əlavə edilən misralar ilə təxmis olunan beyt arasındakı məzmun, fikir, dil-üslub, ritm və ahəng bağlılığı üzə çıxarılır. Aparılan müqayisə və təhlillərdən aydın olur ki, sözügedən təxmisin hər bir bəndində Füzulinin misraları ilə Lütf inin beytləri vəhdət təşkil edərək bitkin bir fikrin ifadəsi kimi özünü göstərir. Həm Füzulinin artırdığı üç misra, həm də Lütfinin təxmis edilən beyti söz və ifadə, dil-üslub, məzmun, vəzn baxımından o qədər yaxındır ki, onları bir-birindən ayırmaq belə çətindir. Bu deyilənlər hər iki şairin yaradıcılığı arasındakı mənəvi bağlılıqla yanaşı, Füzuli sənətinin böyüklüyünün təsdiqi kimi də diqqəti cəlb edir.
6
Birincil Dil | Azerice |
---|---|
Konular | Çağdaş Türk Lehçeleri ve Edebiyatları (Diğer) |
Bölüm | Araştırma Makalesi |
Yazarlar | |
Proje Numarası | 6 |
Yayımlanma Tarihi | 28 Aralık 2023 |
Yayımlandığı Sayı | Yıl 2023 Sayı: 2 |