Məqalədə Azərbaycan-Özbəkistan ədəbi əlaqələrinə diqqət yetirilmişdir. Xəlil Rza Ulutürk özbək ədəbiyyatına aid tərcümələr etmiş, məqalə, memuar və şeirlər yazmışdır. Şairin poeziyasına özbək şeirinin xüsusilə, Məqsud Şeyxzadənin güclü təsiri olmuşdur. Məqalədə onun özbək şairləri, habelə, Məqsud Şeyxzadə yaradıcılığı ilə bağlı ənənələrinə diqqət yetirilmişdir. Hesab edirik ki, bu yazı Məqsud Şeyxzadənin 115 illik yubileyinə töhfə ola bilər.
Xəlil Rza milli azərbaycançı şair olduğu qədər həm də türkçü sənətkardır. Türkçülük məfkurəsi onun milli özünüdərkinin mənbələrindən biridir. Xəlil Rza türkçülüyünün əsas qaynaqları bunlardır: türk mənşəyi, türkləşmək, islamlaşmaq, müasirləşmək, millətin adı, dili, ərazisi, tarixi, coğrafiyası, mədəniyyəti ilə bağlı məfkurə istiqaməti...
Xəlil Rzanın milli özünüdərkində türkçülüyün yeri və əhəmiyyəti milli ruh, milli mənlik müəyyənliyi səviyyəsində şərh edilməlidir. Xəlil Rzanın türkçülüyü milli ideal, Turan, Vətən, Türküstan, Azərbaycan anlayışları ilə sıx bağlıdır.
X.R.Ulutürk türk dünyasından özbək ədəbiyyatı və mədəniyyəti ilə daha çox məşğul olmuşdur. O, 1969-cu ildən Özbəkistan gündəliklərini yazmış və həmin mövzuda “Bakı-Daşkənd səma yolu”, “Özbəklər”, “Çətindir ayrılmaq”, “Səmərqəndim”, “Daşkəndin qışı”, “Məktublar – qol-qanadım” şeirlərini “Doğmalıq” kitabında çap etdirmişdir.
Azərbaycan poeziyası özbək poeziyası Xəlil Rza Ulutürk Məqsud Şeyxzadə ədəbi əlaqələr
Birincil Dil | Azerice |
---|---|
Konular | İletişim Çalışmaları |
Bölüm | Araştırma Makalesi |
Yazarlar | |
Yayımlanma Tarihi | 28 Aralık 2023 |
Gönderilme Tarihi | 12 Ekim 2023 |
Kabul Tarihi | 27 Ekim 2023 |
Yayımlandığı Sayı | Yıl 2023 Sayı: 2 |