Məqalədə Azərbaycan ədəbiyyatında mənzum dramaturgiyanın banisi, böyük sənətkar Hüseyn Cavidin “Topal Teymur” əsərinin tərcümə xüsusiyyətlərindən bəhs edilir. Hüseyn Cavidin bir çox əsərləri kimi, “Topal Teymur” adlandırdığı tarixi əsəri də ingilis dilinə tərcümə edilmişdir. Böyük fəlsəfi məzmunlu, dərin fikirlər, milli nöqteyi-nəzərdən İslam vəTürk dünyasının qiymətli əsəri kimi xarakterizə edilən bu əsəri orijinaldan ingilis dilinə mütərcim Məlahət Babayeva tərcümə etmişdir. Böyük dramaturq Hüseyn Cavid “Topal Teymur” dramını tarixi faktlar əsasında və böyük məharətlə qələmə almışdır. Bu istək əsərin ingilis dilinə tərcüməsində də öz əksini tapır. Mütərcim Məlahət Babayevanın böyük ustalıqla ingilis dilinə tərcümə etdiyi bu əsər orijinalla eyniyyət təşkil edir.
Böyük dramaturq Hüseyn Cavid “Topal Teymur” dramını tarixi faktlar əsasında qələmə alsa da, dövrün bütün çağlarının ən vacib hadisələrini də bu əsərdə səciyyələndirmişdir. Dramaturqun əsərdə təsvir etdiyi obrazlar fikirlərin və ideyaların sistemli şəkildə həllində böyük əhəmiyyət kəsb etmişdir. Əsərin əsas qayəsi əsrin fəlsəfəsindən götürülsə də, pyes totolitar rejimin ideologiyası üzərində qurulmamışdır. Mütərcim Hüseyn Cavid dünyasına, onun zəngin yaradıcılığına bələddir, eləcə də böyük dramaturqun tarixi əsəri olan “Topal Teymur”la bağlı yazılan əsərləri və deyilən fikirləri dərindən mənimsəmişdir. Dramaturqun çoxşaxəli irsi həmişə maraq dairəsindədir və böyük yazarın əsərlərinin ingilis dilinə tərcüməsi davam etdirilir.
Topal Teymur dram dramaturq ədəbiyyat yaradıcılıq tarixi əsər
Birincil Dil | Azerice |
---|---|
Konular | İletişim Çalışmaları |
Bölüm | Araştırma Makalesi |
Yazarlar | |
Yayımlanma Tarihi | 28 Aralık 2023 |
Yayımlandığı Sayı | Yıl 2023 Sayı: 2 |