Araştırma Makalesi

XACU KİRMANİ İRSİNİN TƏDQİQ TARİXİ

Cilt: 1 Sayı: 20 26 Mart 2024
PDF İndir
TR AZ EN

XACU KİRMANİ İRSİNİN TƏDQİQ TARİXİ

Öz

Dahi Azərbaycan şairi Nizami Gəncəvinin zəngin bədii irsi müstəsna əhəmiyyətli milli sərvətimiz olmaqla yanaşı, həmçinin ümumbəşər sivilizasiyasının nadir nümunəsidir. Nizami Gəncəvi əsərlərinin mövzu və süjetləri, ideyaları, sənətkarlıq meyarları XII əsrdən başlayaraq, Yaxın və Orta Şərq ədəbiyyatının aparıcı istiqamətlərindən birinə çevrilmiş, beş əsrdən artıq bir zamanda müəyyən siyasi-ictimai, mədəni – estetik mərhələlərdə ədəbiyyatı öz təsiri altında saxlaya bilmişdir ki, bu heç də sadə məsələ deyildir. Nizami Gəncəvi mövzularını davam etdirən Əmir Xosrov Dəhləvi, Xacu Kirmani, Qütb, Fəxri, Əvhədi Marağayi, Arif Ərdəbili, Əhmədi, Şeyxi, Əlişir Nəvai, Əbdi Şirazi, Cəfər Fərəhani, İmad Fəqih Kirmani, Katibi Turşizi, Nasir Nəcəfabadi, Əbdürrəhman Cami, Abdullah Hatifi, Məhəmməd Füzuli, Şirazi Məktəbi, Ətayi Nevizadə, Cəlili və yüzlərlə başqa istedadlı sənətkarların yaradıcılığının tədqiqi Şərqdə ədəbi əlaqələrin inkişafının öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Öncə qeyd etmək lazımdır ki, “Nizami Gəncəvi və Şərq xalqları ədəbiyyatı” mövzusu dünya şərqşünaslıq elminin çoxcəhətli problemləri və istiqamətləri olan nəhəng bir sahəsidir. Bu geniş problemin zəngin aspektləri üzrə indiyədək dünya və Azərbaycan nizamişünaslığında mühüm tədqiqatlar aparılmışdır. Ş.Rye, P.Xammer, F.Erdman, Şefer, Baxer, Pitsi, E.Braun, A.Krımski, Y.İ.Kraçkovski, Y.E.Bertels, H.Araslı, M.Mübariz, M.Rəfili, A.S.Ləvənd, Y.Ripka, Z.Səfa, M.Moin, Ə.S.Xansari, S.Nəfisi, K.Ayni, F.Köprülü, A.S. Ləvənd, Q.Beqdeli, Q.Əliyev, S.N.Kirmani, N.Sayfiyev, H.Ayan, R.Əliyev, R.Azadə, X.Yusifli, N.Araslı, Ə.Abbasov, Ç.Sasani, M.Mahmudov, İ.Həmidov, T.Kərimli, M.Kazımov, M.Məhəmmədi, B. Quliyeva və başqa şərqşünas alimlər tərəfindən aparılmış çoxəsrlik elmi tədqiqatlara baxmayaraq, problemin bir sıra mühüm istiqamətlərinin daha geniş araşdırılmasına hələ də ciddi ehtiyac vardır. Təqdim olunan bu məqalədə Nizami ədəbi məktəbinin davamçısı, XIV əsrin məşhur fars şairi Xacu Kirmani irsinin tədqiq tarixi nəzərdən keçirilir, Xacu Kirmaninın həyatı və yaradıcılğının öyrənilməsi sahəsində əldə olunan nailiyyətlər qiymətləndirilir.

Anahtar Kelimeler

Kaynakça

  1. Araslı (1970) Araslı N. Nizami və türk ədəbiyyatı, Bakı,1970, 204 səh.
  2. Bertels (1962) Бертельс Е.Э. Избр.труды: Низами и Физули.-М.: Изд-во Восточ.лит., 554 с.
  3. Borxes (1984) Борхес Х.Л.Проза разных лет.Москва, 224 c.
  4. Blum (1998) Блум Хэролд Страх влияния. Карта перечитывания: Пер. с англ., сост., примеч., послесл. С. А. Никитина, Екатеринбург. Издательство Уральского Университета, 352 стр.
  5. Braun (1928) Brown E.G. A Literary History of Persia,Vol.3,Cambridge, At The Unıversıty Press, 586 p.
  6. Erdman (1948) Erdman Franz von.Chudshu Qermani and seinedichterische qeisteser reugnisse, vol.II, s. 205-215.
  7. Əliyev (1985) Алиев Г.Ю.Темы и сюжеты Низами в литературах Народов Востока, Москва, 329 стр.
  8. Əliyev (1981) Алиев Р.Большой вклад русских ученых и писателей в низамиведение. Выдающиеся русские ученые и писатели о Низами Гянджеви. Баку, издательство «Язычы»,1981,434 стр.

Ayrıntılar

Birincil Dil

Azerbaycan dili

Konular

Fars Dili, Edebiyatı ve Kültürü

Bölüm

Araştırma Makalesi

Yayımlanma Tarihi

26 Mart 2024

Gönderilme Tarihi

24 Şubat 2024

Kabul Tarihi

23 Mart 2024

Yayımlandığı Sayı

Yıl 2024 Cilt: 1 Sayı: 20

Kaynak Göster

APA
Allahverdiyeva, Z. (2024). XACU KİRMANİ İRSİNİN TƏDQİQ TARİXİ. Doğu Esintileri, 1(20), 34-43. https://izlik.org/JA56MX28AN
AMA
1.Allahverdiyeva Z. XACU KİRMANİ İRSİNİN TƏDQİQ TARİXİ. Doğu Esintileri. 2024;1(20):34-43. https://izlik.org/JA56MX28AN
Chicago
Allahverdiyeva, Zehra. 2024. “XACU KİRMANİ İRSİNİN TƏDQİQ TARİXİ”. Doğu Esintileri 1 (20): 34-43. https://izlik.org/JA56MX28AN.
EndNote
Allahverdiyeva Z (01 Mart 2024) XACU KİRMANİ İRSİNİN TƏDQİQ TARİXİ. Doğu Esintileri 1 20 34–43.
IEEE
[1]Z. Allahverdiyeva, “XACU KİRMANİ İRSİNİN TƏDQİQ TARİXİ”, Doğu Esintileri, c. 1, sy 20, ss. 34–43, Mar. 2024, [çevrimiçi]. Erişim adresi: https://izlik.org/JA56MX28AN
ISNAD
Allahverdiyeva, Zehra. “XACU KİRMANİ İRSİNİN TƏDQİQ TARİXİ”. Doğu Esintileri 1/20 (01 Mart 2024): 34-43. https://izlik.org/JA56MX28AN.
JAMA
1.Allahverdiyeva Z. XACU KİRMANİ İRSİNİN TƏDQİQ TARİXİ. Doğu Esintileri. 2024;1:34–43.
MLA
Allahverdiyeva, Zehra. “XACU KİRMANİ İRSİNİN TƏDQİQ TARİXİ”. Doğu Esintileri, c. 1, sy 20, Mart 2024, ss. 34-43, https://izlik.org/JA56MX28AN.
Vancouver
1.Zehra Allahverdiyeva. XACU KİRMANİ İRSİNİN TƏDQİQ TARİXİ. Doğu Esintileri [Internet]. 01 Mart 2024;1(20):34-43. Erişim adresi: https://izlik.org/JA56MX28AN

Content of this journal is licensed under a Creative Commons Attribution NonCommercial 4.0 International License

29929