Azərbaycan operasının muğam ifaçılığı ənənələrinə əsaslanması - muğam operası
kimi yeni bir janrın təşəkkül tapmasını şərtləndirdi. Muğam ifaçılarının – xanəndələrin əsas
rollarda iştirakı bir sıra peşəkar hazırlıq tələb edən yaradıcılıq məsələlərinin həllinə təkan
verdi. Bir tərəfdən, xanəndəlik sənətində opera artisti kimi yeni fəaliyyət sahəsi meydana
gəldi, digər tərəfdən, opera sənətində milli ifaçılıq üslubunun əsası qoyuldu. Ü.Hacıbəylinin
“Leyli və Məcnun”, “Əsli və Kərəm”, Z.Hacıbəylinin “Aşıq Qərib”, M.Maqomayevin “Şah
İsmayıl” muğam operaları Azərbaycan Dövlət Opera Teatrının daimi repertuarının əsasını
təşkil edir. Bu opera tamaşalarında tanınmış xanəndələrlə yanaşı, gənc muğam ifaçıları da
iştirak edir ki, bu da onlar üçün əsil yaradıcılıq nailiyyəti hesab olunur. Xanəndələr,
həmçinin, Azərbaycan bəstəkarlarının yaratdıqları klassik operalarda da çıxış edirlər.
Birincil Dil | Türkçe |
---|---|
Bölüm | İnceleme |
Yazarlar | |
Yayımlanma Tarihi | 15 Eylül 2015 |
Yayımlandığı Sayı | Yıl 2015 Cilt: 3 Sayı: 2 |
Yazarlarımızın editöryal süreçlerin aksamaması için editöryal emaillere 3 gün içinde yanıt vermeleri gerekmektedir.