Azərbaycan Respublikasının xalq artisti Ramiz Mirişli – çoxcəhətli
yaradıcılığında milli və dünya musiqisinin ənənələrini birləşdirək, öz orijinal yaradıcılıq
üslubunu yaratmış bəstəkardır. R.Mirişlinin əsərlərində bəstəkarın rəngarəng musiqi
dünyası təcəssüm olunur. Öz melodikliyi ilə yaddaşlara həkk olunan bəstəkar musiqisinin
milli köklərlə bağlılığı özünü qabarıq büruzə verir. R.Mirişlinin yaradıcılığında musiqi
sənətinin bir çox janrları və formaları: operettalar, kantatalar, simfonik musiqi, o
cümlədən tar və simfonik orkestr üçün konsert, xalq çalğı alətləri orkestri üçün əsərlər,
eləcə də kamera musiqisi, fortepiano və vokal əsərləri, teatr tamaşalarına və filmlərə
musiqi öz əksini tapmışdır. R.Mirişlinin əsərlərində insan hisslərinin mürəkkəb aləminin
təcəssümünün əsas ifadə vasitəsi olan xalq musiqisinin zəngin intonasiya təbiəti aydın hiss
olunur. Bütövlükdə, fərdi, milli və klassik xüsusiyyətlərin, o cümlədən XX əsrin
musiqisinə xas olan ayrı-ayrı ifadə vasitələrinin qovuşdurulması, R.Mirishli yaradıcılığı
üçün xarakterik olan musiqi ifadəsinin, aparıcı üslubudur.
Ramiz Mirişli mahnı janrı xalq çalğı alətləri orkestri üçün musiqi
Birincil Dil | Türkçe |
---|---|
Bölüm | İnceleme |
Yazarlar | |
Yayımlanma Tarihi | 15 Eylül 2015 |
Yayımlandığı Sayı | Yıl 2015 Cilt: 3 Sayı: 2 |
Yazarlarımızın editöryal süreçlerin aksamaması için editöryal emaillere 3 gün içinde yanıt vermeleri gerekmektedir.