Məqalədə görkəmli Azərbaycan bəstəkarı C.Cahangirovun mahnı yaradıcılığı
nəzərdən keçirilir. Müəllif mahnıları mövzu dairəsinə, janr xüsusiyyətlərinə görə
səciyyələndirir. Xüsusilə bəstəkarın mahnı yaradıcılığında milli musiqi mənbələrinə - xalq
mahnısına, muğama münasibəti məsələlərinə diqqət yetirilir ki, bunların yaradıcılıqla
təcəssüm olunması bəstəkarın mahnılarına yeni cizgilər aşılayır. C.Cahangirovun
yaradıcılığının bütün mərhələlərində meydana gəlmiş mahnıları izlədikdə, onun böyük bir
təkamül yolu keçdiyini, mövzu, obraz və janr cəhətdən rəngarəng nümunələrin yarandığını
görərik. Cahangir Cahangirovun mahnıları Azərbaycan musiqi xəzinəsində layiqli yer
tutmaqla yanaşı, həmçinin, gənc bəstəkarlar nəsli üçün örnək ola biləcək gözəl sənət
nümunələridir.
Birincil Dil | Türkçe |
---|---|
Bölüm | İnceleme |
Yazarlar | |
Yayımlanma Tarihi | 15 Eylül 2015 |
Yayımlandığı Sayı | Yıl 2015 Cilt: 3 Sayı: 2 |
Yazarlarımızın editöryal süreçlerin aksamaması için editöryal emaillere 3 gün içinde yanıt vermeleri gerekmektedir.