Folklor və toy mərasimi qarşılıqlı əlaqəli anlayışlar olub, qədim etnosun məişətinin və
ictimai həyatının bir çox hadisələrinin dərk olunmasına yol açır. Toy – mədəniyyətin ayrılmaz
tərkib hissəsi, milli ruhun təzahürüdür. Toy mərasiminin mərhələlərinin musiqi və poetik
tərtibatında gerçəkliyin sinkretik qavranılması, xalqın inancları və ayinləri, adət və ənənələri,
nəsillərin varisliyi, həyatın mənası haqqında fikirlər öz əksini tapır. Toy mərasimində xalqın
musiqi və poetik yaradıcılığının zənginliyi yanaşı, özünəməxsus janr rəngarəngliyi, ifadə
vasitələri, dil-təfəkkür xüsusiyyətləri, obrazlar dairəsi, təsviri-tətbiqi sənət növlərinin, geyim və
mətbəx mədəniyyətinin təzahürləri vəhdətdə özünü göstərir. Toy mərasimində xalqın poetik və
musiqi istedadı, ifaçılıq mədəniyyəti, bədii-estetik zövqü, psixoloji düşüncə tərzi, qəlbinin
genişliyi özünü qabarıq şəkildə büruzə verir.
folklor toy mərasimi janr rəngarəngliyi sinkretik qavranılma obrazlar dairəsi
Birincil Dil | Türkçe |
---|---|
Bölüm | İnceleme |
Yazarlar | |
Yayımlanma Tarihi | 15 Ağustos 2016 |
Yayımlandığı Sayı | Yıl 2016 Cilt: 4 Sayı: 2 |
Yazarlarımızın editöryal süreçlerin aksamaması için editöryal emaillere 3 gün içinde yanıt vermeleri gerekmektedir.