1918-ci ilin əvvəllərində Cənubi Qafqazda siyasi-ictimai vəziyyət, xüsusən də bolşeviklərin radikal fəaliyyəti Tiflisin gürcüdilli mətbuatı tərəfindən diqqətlə izlənilirdi. Gürcüstan Milli-Demokrat Partiyasının yayım orqanı olan “Sakartvelo” qəzetində və “Ertoba”, “Alioni” kimi sosial-demokrat yönümlü geniş oxucu auditoriyasına malik mətbu orqanlarda müntəzəm olaraq bu məzmunda xəbərlər, təhlil xarakterli materiallar çap olunurdu.
Cənubi Qafqazda yaranmış gərginlikdə “Daşnaksutyun”un neqativ rolunu ifşa edən gürcü mətbuatı 1918-ci ilin mart ayında Bakı şəhərində türk-müsəlman əhaliyə qarşı törədilən soyqırımına da biganə qalmayıb mövzu ilə bağlı həqiqətləri öz oxucusuna çatdırmağa cəhd etmiş, onu törədən daşnak-bolşevik alyansının məkrli niyyətlərinin deşifrə olunmasında mühüm rol oynamışdır.
Birincil Dil | Türkçe |
---|---|
Bölüm | Makaleler |
Yazarlar | |
Yayımlanma Tarihi | 15 Mart 2022 |
Gönderilme Tarihi | 25 Ocak 2022 |
Yayımlandığı Sayı | Yıl 2022 Cilt: 11 Sayı: 1 |