Bu çalışmada GUAM çərçivəsində Azərbaycan ilə Ukrayna arasında əlaqələrin inkişaf
tendensiyası təhlil edilib. Əvvəla, məqalədə
GUAM təşkilatının yaranmasının tarixi
şərtlərindən danışılır. Qeyd olunur ki,
GUAM formatında əməkdaşlıq təşkilat üzvlərinin iqtisadiyyatının inkişafı üçün
yeni imkanlar açdı. GUAM çərçivəsində Azərbaycanla
Ukrayna arasında əlaqələr dinamik xarakter daşıyırdı. Tərəflər yeni əməkdaşlıq
istiqamətləri müəyyənləşdirdi. Məqalədə Sovet İttifaqının parçalanmasından sonra Azərbaycanla Ukrayna arasında əlaqələrin
inkişafı nəzərdən keçirilir. Qeyd edək ki,
Sovet İttifaqının dağılmasından sonra Azərbaycan və Ukraynanın müxtəlif
xarakterli sıx əməkdaşlığının yaradılmasına böyük maraq göstərildi. Azərbaycanla Ukrayna arasındakı
münasibətlərin inkişafında Heydər Əliyevin
həlledici rolu olmuşdur. Tərəflər
arasında GUAM çərçivəsində əməkdaşlıq müxtəlif sahələrdə inkişaf edir.
Birincil Dil | Türkçe |
---|---|
Bölüm | Makaleler |
Yazarlar | |
Yayımlanma Tarihi | 1 Ağustos 2018 |
Yayımlandığı Sayı | Yıl 2018 Cilt: 1 Sayı: 1 |