Prose language was studied in depth and in detail in the works of Agamusa Akhundov
as an object of special research, original scientific-theoretical considerations were made on the
most important issues of language and style of the genre. The study and analysis of prose
language has been systematically and consistently interpreted in the research of a prominent
linguist. He played an exceptional role in the development of poetic linguistics in Azerbaijani
philology. Attention to the language of prose stimulated the author's scientific and theoretical
judgments in this area. And the language of prose was estimated by A. Akhundov at the level of the most important aesthetic requirements of the day, philological interpretation of important
and basic principles of prose style was enlarged. A. Akhundov provided remarkable services in
highlighting the most important merits of our language concepts related to language. Judgments
of the linguist on the level of word acquisition of our writers on the basis of inexhaustible
language materials of Azerbaijani prose and the judgments of the linguist on the specifics of its
use have originality and relevance.
Nəsr dili Ağamusa Axundovun yaradıcılığında xüsusi tədqiqat obyekti olaraq dərindən
və ətraflı araşdırılmış, janrın dil-üslub problemlərinin ən mühüm məsələləri haqqında orijinal
elmi-nəzəri mülahizələr yürüdülmüşdür. Nəsr dilinin tədqiqi və təhlili görkəmli dilçilik
mütəxəssisinin araşdırmalarında sistemli və ardıcıl şəkildə şərh olunmuş. Azərbaycan
filologiyasında poetik linqvistikanın inkişafında müstəsna rol oynamışdır. Nəsrin dil
sənətkarlığına diqqət müəllifin bu sahəyə dair elmi-nəzəri mühakimələrinə stimul verdi və nəsr
dili A.Axundov tərəfindən günün ən vacib estetik tələbləri səviyyəsindən qiymətləndirildi, nəsr
üslubun mühüm və başlıca prinsiplərinin filoloji şərhi geniş vüsət aldı. A.Axundov dilimizin
dillə bağlı konsepsiyalarının ən mühüm məziyyətlərini işıqlandırmaq istiqamətində diqqətəlayiq
xidmətlər göstərdi. Azərbaycan nəsrinin tükənməz dil materialları əsasında yazıçılarımızın sözə
yiyələnmə səviyyəsi, ondan istifadə spesifikası barədə dilşünas alimin mühakimələri orijinallığa
və aktuallığa malikdir.
Birincil Dil | Türkçe |
---|---|
Konular | Dilbilim |
Bölüm | Araştırma Makalesi |
Yazarlar | |
Yayımlanma Tarihi | 20 Aralık 2021 |
Gönderilme Tarihi | 13 Şubat 2021 |
Yayımlandığı Sayı | Yıl 2021 |
TÜRKLAD'ın içeriği Creative Commons Atıf-Gayriticari 4.0 Uluslararası Lisansı ile lisanslanmıştır. E-ISSN: 2587-1293
Fırat Üniversitesi İnsani ve Sosyal Bilimler Fakültesi, Türk Dili ve Edebiyatı Bölümü – Çağdaş Türk Lehçeleri ve Edebiyatları Bölümü, Rektörlük Yerleşkesi ELAZIĞ-TÜRKİYE / Telefon: +90 424 237 00 00 – 3525 / 3637; Belgeç: +90 424 233 00 62; elmek: uluturklad@gmail.com