Zəngin inkişaf tarixinə malik olan Türkiyə romanı 1980-ci illərdə transformasiya proseslərindən keçmiş, modernist keyfiyyətlər qazanaraq yeni forma və məzmun keyfiyyəti qazanmışdır. Həmin dövrdə baş verən ictimai-siyasi proseslərin fonunda ədəbiyyatda yadlaşma problemi özünü qabarıq göstərmişdir. Frans Kafkanın, əsasən, “Çevrilmə” romanındakı Qreqor Zamzanın təsiri ilə formalaşan və sonrakı ədəbiyyatda kafkaesk üslub kimi səciyyələndirən bu meyil Türkiyə modernist romanının da əsas ideya-üslub istiqaməti kimi qəbul edilmişdir. Bu meylin Türkiyə romanında ən böyük əksini Bilgə Karasunun “Gecə” romanında görmək mümkündür. “Gecə” romanı təhkiyə strukturu və ya müəllif tərəfindən bilərəkdən dağıdılan struktursuzluğu, ənənəvi romanlara xas səbəb-nəticə əlaqəsinin inkar edildiyi nəsr nümunəsidir. Tədqiqat işində Bilgə Karasunun “Gecə” romanında gecə anlayışının simvollaşaraq, ölümləri və ümumilikdə qanunsuzluqları əks etdirməsi araşdırılmışdır. Romanın strukturundakı müəllif tərəfindən bilərəkdən edilən qarışıqlığın mahiyyətindəki özünü axtarış, cəmiyyətdəki kimlik mübarizəsinin əksi məsələləri tədqiq edilmişdir. Romının sonuncu fəslində təqdim edilən ipuclarından məlum olur ki, təhkiyəçi-müəllifin xəstəxanada müalicə alan bir fərd olması fikri cəmiyyətdə əksliklərin, mənfiliklərin dərki üçün kafkasayağı maksimalist şərh xarakteri daşıyır.
Primary Language | Azeri |
---|---|
Subjects | Modern Turkic Languages and Literatures (Other) |
Journal Section | Research Articles |
Authors | |
Publication Date | December 28, 2023 |
Submission Date | November 8, 2023 |
Acceptance Date | November 17, 2023 |
Published in Issue | Year 2023 Issue: 2 |