Research Article

Azərbaycan Dilinin Şivələri və Özbək Dilində Ortaq Xüsusiyyətlər

Number: 60 October 30, 2025
TR EN

Azərbaycan Dilinin Şivələri və Özbək Dilində Ortaq Xüsusiyyətlər

Abstract

Azərbaycan dili türk dilləri ailəsinə daxil olan ən qədim dillərdən biridir. Ta eramızdan əvvəl başlayaraq əsrlər boyu uzun inkişaf yolu keçərək cilalanan anatürkcənin budaqlanmasından yaranan Azərbaycan dili orfoqrafik və orfoepik qaydalar sisteminə, fonetik, leksik və qrammatik normalara, fərdi və funksional üslublara malik olan müstəqil bir dildir. Azərbaycan dilinin dialekt sistemi mövcuddur ki, bura onun ləhcələri (şimal-şərq, qərb , cənub və qarışıq tipli şimal-qərb) və onları formalaşdıran şivələri daxildir. Hər ləhcənin həm Azərbaycan ədəbi dili ilə ortaq olan, həm də özünəxas leksikası və fonetik, qrammatik xüsusiyyətləri vardır. Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra şivələrin digər qohum türk dilləri və onların dialektləri ilə müqayisəyə cəlb olunması istiqamətində tədqiqat işlərinin aparılmasına başlanılmışdır. Məqalədə Azərbaycan dili şivələri ilə özbək dili fonetik və leksik səviyyədə müqayisəyə cəlb olunmuş və ortaq xüsusiyyətlər aşkara çıxarılmışdır. Azərbaycan dilinin ləhcələrində müşahidə olunan bir çox fonetik xüsusiyyətlər (a ̴ o, o ̴ u, c ̴ j, b ̴ m, d ̴ t, qalınlaşma hadisəsi, ŋ işlənməsi və s.) özbək ədəbi dilində izlənilir. Məlumdur ki, türk dillərinin lüğət tərkibinin əsasını qədim türk leksik qatı təşkil edir. Lakin elə sözlər vardır ki, ədəbi dildə işləkliyini itirmiş, şivələrdə qorunub saxlanılmışdır. Bu kimi sözlərin bir qismi özbək dilinin leksikası ilə ortaqlıq təşkil edir: ağırramax, bayramnıx, ini, mayıf, cəviz, çamır, davar, dağarcıx, irağ, ixdiyar və s. Həmin vahidlər ortaya çıxarılmış və nümunələr əsasında təqdim edilmişdir. Bu sözlərin bir qismi həm məna, həm forma baxımından eyni, bəziləri müəyyən fonetik fərqlər, bəziləri ilə fonetik quruluşuna görə eyni, ifadə etdiyi mənaya görə fərqlidir.

Keywords

References

  1. Abduraҳmonov Ğ. (1996). Ûzbek tili qrammatikası (Sintaksis). Ûқituvçi.
  2. Ashirboyev, S. (2016). O’zbek dialektologiyası. Navro’z.
  3. Azərbaycan dilinin dialektoloji lüğəti (2007). Şərq-Qərb.
  4. Bayramov, İ. (2022). Azərbaycan dialektologiyası. İksad.
  5. Berdak, Y. (1993). Türkçe-özbekçe ve özbekçe-türkçe sözlük. Uzbekiston.
  6. Əzizov, E. (2016). Azərbaycan dilinin tarixi dialektologiyası: Dialekt sisteminin təşəkkülü və inkişafı. Elm və təhsil.
  7. Xəlilov, B. (2013, a). Türkologiyaya giriş. Bakı Çap Evi.
  8. Xəlilov, B. (2013, b). Müasir Azərbaycan dili: fonetika, yazı, əlifba, qrafika, orfoqrafiya, orfoepiya. Çap Evi.

Details

Primary Language

Turkish

Subjects

South-West (Oghuz) Turkic Dialects and Literatures

Journal Section

Research Article

Publication Date

October 30, 2025

Submission Date

February 15, 2025

Acceptance Date

June 23, 2025

Published in Issue

Year 2025 Number: 60

APA
Qemberova, S. (2025). Azərbaycan Dilinin Şivələri və Özbək Dilində Ortaq Xüsusiyyətlər. Türk Dünyası Dil Ve Edebiyat Dergisi, 60, 119-144. https://doi.org/10.24155/tdk.2025.257
AMA
1.Qemberova S. Azərbaycan Dilinin Şivələri və Özbək Dilində Ortaq Xüsusiyyətlər. Türk Dünyası Dil ve Edebiyat Dergisi. 2025;(60):119-144. doi:10.24155/tdk.2025.257
Chicago
Qemberova, Sevinc. 2025. “Azərbaycan Dilinin Şivələri Və Özbək Dilində Ortaq Xüsusiyyətlər”. Türk Dünyası Dil Ve Edebiyat Dergisi, nos. 60: 119-44. https://doi.org/10.24155/tdk.2025.257.
EndNote
Qemberova S (October 1, 2025) Azərbaycan Dilinin Şivələri və Özbək Dilində Ortaq Xüsusiyyətlər. Türk Dünyası Dil ve Edebiyat Dergisi 60 119–144.
IEEE
[1]S. Qemberova, “Azərbaycan Dilinin Şivələri və Özbək Dilində Ortaq Xüsusiyyətlər”, Türk Dünyası Dil ve Edebiyat Dergisi, no. 60, pp. 119–144, Oct. 2025, doi: 10.24155/tdk.2025.257.
ISNAD
Qemberova, Sevinc. “Azərbaycan Dilinin Şivələri Və Özbək Dilində Ortaq Xüsusiyyətlər”. Türk Dünyası Dil ve Edebiyat Dergisi. 60 (October 1, 2025): 119-144. https://doi.org/10.24155/tdk.2025.257.
JAMA
1.Qemberova S. Azərbaycan Dilinin Şivələri və Özbək Dilində Ortaq Xüsusiyyətlər. Türk Dünyası Dil ve Edebiyat Dergisi. 2025;:119–144.
MLA
Qemberova, Sevinc. “Azərbaycan Dilinin Şivələri Və Özbək Dilində Ortaq Xüsusiyyətlər”. Türk Dünyası Dil Ve Edebiyat Dergisi, no. 60, Oct. 2025, pp. 119-44, doi:10.24155/tdk.2025.257.
Vancouver
1.Sevinc Qemberova. Azərbaycan Dilinin Şivələri və Özbək Dilində Ortaq Xüsusiyyətlər. Türk Dünyası Dil ve Edebiyat Dergisi. 2025 Oct. 1;(60):119-44. doi:10.24155/tdk.2025.257