Araştırma Makalesi

Azərbaycan Dilinin Şivələri və Özbək Dilində Ortaq Xüsusiyyətlər

Sayı: 60 30 Ekim 2025
PDF İndir
TR EN

Azərbaycan Dilinin Şivələri və Özbək Dilində Ortaq Xüsusiyyətlər

Öz

Azərbaycan dili türk dilləri ailəsinə daxil olan ən qədim dillərdən biridir. Ta eramızdan əvvəl başlayaraq əsrlər boyu uzun inkişaf yolu keçərək cilalanan anatürkcənin budaqlanmasından yaranan Azərbaycan dili orfoqrafik və orfoepik qaydalar sisteminə, fonetik, leksik və qrammatik normalara, fərdi və funksional üslublara malik olan müstəqil bir dildir. Azərbaycan dilinin dialekt sistemi mövcuddur ki, bura onun ləhcələri (şimal-şərq, qərb , cənub və qarışıq tipli şimal-qərb) və onları formalaşdıran şivələri daxildir. Hər ləhcənin həm Azərbaycan ədəbi dili ilə ortaq olan, həm də özünəxas leksikası və fonetik, qrammatik xüsusiyyətləri vardır. Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra şivələrin digər qohum türk dilləri və onların dialektləri ilə müqayisəyə cəlb olunması istiqamətində tədqiqat işlərinin aparılmasına başlanılmışdır. Məqalədə Azərbaycan dili şivələri ilə özbək dili fonetik və leksik səviyyədə müqayisəyə cəlb olunmuş və ortaq xüsusiyyətlər aşkara çıxarılmışdır. Azərbaycan dilinin ləhcələrində müşahidə olunan bir çox fonetik xüsusiyyətlər (a ̴ o, o ̴ u, c ̴ j, b ̴ m, d ̴ t, qalınlaşma hadisəsi, ŋ işlənməsi və s.) özbək ədəbi dilində izlənilir. Məlumdur ki, türk dillərinin lüğət tərkibinin əsasını qədim türk leksik qatı təşkil edir. Lakin elə sözlər vardır ki, ədəbi dildə işləkliyini itirmiş, şivələrdə qorunub saxlanılmışdır. Bu kimi sözlərin bir qismi özbək dilinin leksikası ilə ortaqlıq təşkil edir: ağırramax, bayramnıx, ini, mayıf, cəviz, çamır, davar, dağarcıx, irağ, ixdiyar və s. Həmin vahidlər ortaya çıxarılmış və nümunələr əsasında təqdim edilmişdir. Bu sözlərin bir qismi həm məna, həm forma baxımından eyni, bəziləri müəyyən fonetik fərqlər, bəziləri ilə fonetik quruluşuna görə eyni, ifadə etdiyi mənaya görə fərqlidir.

Anahtar Kelimeler

Kaynakça

  1. Abduraҳmonov Ğ. (1996). Ûzbek tili qrammatikası (Sintaksis). Ûқituvçi.
  2. Ashirboyev, S. (2016). O’zbek dialektologiyası. Navro’z.
  3. Azərbaycan dilinin dialektoloji lüğəti (2007). Şərq-Qərb.
  4. Bayramov, İ. (2022). Azərbaycan dialektologiyası. İksad.
  5. Berdak, Y. (1993). Türkçe-özbekçe ve özbekçe-türkçe sözlük. Uzbekiston.
  6. Əzizov, E. (2016). Azərbaycan dilinin tarixi dialektologiyası: Dialekt sisteminin təşəkkülü və inkişafı. Elm və təhsil.
  7. Xəlilov, B. (2013, a). Türkologiyaya giriş. Bakı Çap Evi.
  8. Xəlilov, B. (2013, b). Müasir Azərbaycan dili: fonetika, yazı, əlifba, qrafika, orfoqrafiya, orfoepiya. Çap Evi.

Ayrıntılar

Birincil Dil

Türkçe

Konular

Güney-Batı (Oğuz) Türk Lehçeleri ve Edebiyatları

Bölüm

Araştırma Makalesi

Yayımlanma Tarihi

30 Ekim 2025

Gönderilme Tarihi

15 Şubat 2025

Kabul Tarihi

23 Haziran 2025

Yayımlandığı Sayı

Yıl 2025 Sayı: 60

Kaynak Göster

APA
Qemberova, S. (2025). Azərbaycan Dilinin Şivələri və Özbək Dilində Ortaq Xüsusiyyətlər. Türk Dünyası Dil ve Edebiyat Dergisi, 60, 119-144. https://doi.org/10.24155/tdk.2025.257
AMA
1.Qemberova S. Azərbaycan Dilinin Şivələri və Özbək Dilində Ortaq Xüsusiyyətlər. Türk Dünyası Dil ve Edebiyat Dergisi. 2025;(60):119-144. doi:10.24155/tdk.2025.257
Chicago
Qemberova, Sevinc. 2025. “Azərbaycan Dilinin Şivələri və Özbək Dilində Ortaq Xüsusiyyətlər”. Türk Dünyası Dil ve Edebiyat Dergisi, sy 60: 119-44. https://doi.org/10.24155/tdk.2025.257.
EndNote
Qemberova S (01 Ekim 2025) Azərbaycan Dilinin Şivələri və Özbək Dilində Ortaq Xüsusiyyətlər. Türk Dünyası Dil ve Edebiyat Dergisi 60 119–144.
IEEE
[1]S. Qemberova, “Azərbaycan Dilinin Şivələri və Özbək Dilində Ortaq Xüsusiyyətlər”, Türk Dünyası Dil ve Edebiyat Dergisi, sy 60, ss. 119–144, Eki. 2025, doi: 10.24155/tdk.2025.257.
ISNAD
Qemberova, Sevinc. “Azərbaycan Dilinin Şivələri və Özbək Dilində Ortaq Xüsusiyyətlər”. Türk Dünyası Dil ve Edebiyat Dergisi. 60 (01 Ekim 2025): 119-144. https://doi.org/10.24155/tdk.2025.257.
JAMA
1.Qemberova S. Azərbaycan Dilinin Şivələri və Özbək Dilində Ortaq Xüsusiyyətlər. Türk Dünyası Dil ve Edebiyat Dergisi. 2025;:119–144.
MLA
Qemberova, Sevinc. “Azərbaycan Dilinin Şivələri və Özbək Dilində Ortaq Xüsusiyyətlər”. Türk Dünyası Dil ve Edebiyat Dergisi, sy 60, Ekim 2025, ss. 119-44, doi:10.24155/tdk.2025.257.
Vancouver
1.Sevinc Qemberova. Azərbaycan Dilinin Şivələri və Özbək Dilində Ortaq Xüsusiyyətlər. Türk Dünyası Dil ve Edebiyat Dergisi. 01 Ekim 2025;(60):119-44. doi:10.24155/tdk.2025.257