Qafqazın mərkəzində yerləşən Borçalı bölgəsi, e.ə. IV əsrdən etibarən türklərin məskunlaşdığı ərazilərdən biri olmuş, XI əsrdə Qafqazın Səlcuq türkləri tərəfindən fəthindən sonra isə Türk-İslam coğrafiyasına aid ərazilərdən birinə çevrilmişdir. Bu bölgənin türk-müsəlman tarixində müstəsna yeri vardır. Xəzər, Səlcuqlu, Azərbaycan Atabəyləri, Teymurilər, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvi, Osmanlı, Avşar və Qacar türklərinin hakimiyyəti altında olan Borçalı, öz varlığını qoruyub saxlaya bilmişdir. Müsəlmanlarla xristianlar arasında sərhəd rolunu oynayan Borçalı, tarix boyu bir çox müharibələrə və andlaşmalara şahidlik etmişdir. Eyni zamanda, türklərin sərhəd boyu etdikləri yürüşlər nəticəsində Qafqazın və Şərqi Anadolunun həm türkləşməsində, həm də islamlaşmasında mühüm rol oynamışdır. X əsrdən XV əsrə qədər Azərbaycan ərazilərində hakimlik etmiş Türk xəna¬danlıqları dövründə Borçalı ərazisi əsasən müxtəlif türk tayfalarının məskunlaşdığı ərazilərdən birinə çevrilmişdir. XI əsrdən etibarən davamlı olaraq Borçalıda davam edən türk hakimiyyəti, XIX əsrin əvvəllərində rus işğalı ilə sona çatmışdır. Məqalədə Qafqaz türkləri və İslam tarixinin mühüm bir hissəsi olan Borçalı bölgəsində VII-X əsrlərdə baş vermiş tarixi hadisələr mənbələr əsasında tədqiq edilmişdir.
Located in the heart of the Caucasus, the Borchali region has been one of the areas inhabited by Turks since the 4th century BCE and, after the Seljuk conquest of the Caucasus in the 11th century, became part of the Turkic-Islamic world. This region holds an exceptional place in the history of the Turkic-Muslim world. Having remained under the rule of the Khazars, Seljuks, Eldiguzids (Atabegs of Azerbaijan), Timurids, Qara Qoyunlu, Aq Qoyunlu, Safavids, Ottomans, Afsharids, and Qajars, Borchali managed to preserve its identity. Serving as a frontier between Muslims and Christians, Borchali witnessed numerous wars and treaties throughout history. At the same time, as a result of the Turkic expeditions along its borderlands, it played a key role in both the Turkification and the Islamization of the Caucasus and Eastern Anatolia. During the period of Turkic dynasties that ruled in the territories of Azerbaijan from the 10th to the 15th centuries, the Borchali area became one of the main regions of settlement for various Turkic tribes. From the 11th century onward, continuous Turkic domination in Borchali lasted until the early 19th century, when Russian occupation brought it to an end. This article examines, on the basis of primary sources, the historical events that took place in the Borchali region during the 7th–10th centuries, a period that constitutes an important part of the history of the Caucasian Turks and of Islam.
Birincil Dil | Türkçe |
---|---|
Konular | Türk Halkları ve Toplulukları |
Bölüm | Makaleler |
Yazarlar | |
Erken Görünüm Tarihi | 16 Eylül 2025 |
Yayımlanma Tarihi | 15 Ekim 2025 |
Gönderilme Tarihi | 2 Haziran 2025 |
Kabul Tarihi | 13 Temmuz 2025 |
Yayımlandığı Sayı | Yıl 2025 Cilt: 12 Sayı: 4 |