Məqalədə S.C.Pişəvərinin ilk rəhbəri olduğu Azərbaycan Demokrat Firqəsinin (ADF) orqanı olan “Azərbaycan” qəzetinin əsasən 1947-1949-cu il nömrələri əsasında İran Azərbaycanında milli maarifçiliyə baxış təqdim edilmişdir. Qəzet 1945-1946-cı illərdə ADF hökuməti dövründə Təbrizdə və ADF-nin məğlubiyyəti səbəbilə 1947-1949-cu illərdə Bakıda əski əlifba ilə Azərbaycan dilində nəşr olunmuşdur. Qəzetin 1945-1946-cı illərdə 381 nömrəsi, 1947-1949-cu illərdə 128 nömrəsi çap olunmuşdur. Bizdə olan məlumata görə 1947-1949-cu il nömrələri təkcə Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli mənbələrin elmi-fond şöbəsində qorunur.
“Azərbaycan” qəzetində Qacar və Pəhləvi hakimiyyətinə tənqidi münasibət, ictimai-siyasi, iqtisadi, mədəni proseslərə baxış, dövrün inqilabçı və ziyalılarının əsərlərindən nümunələr, ADF-nin fəaliyyəti və s. məsələlər yer alır. Məqalədə mövzunun geniş təqdimi üçün qəzetin 1945-1946-cı il nömrələrindən, o cümlədən dövrün tarixini işıqlandıran digər qaynaqlardan, S.C.Pişəvərinin çıxış, məqalə və s. əsərlərindən, müxtəlif ədəbiyyatlardan istifadə edilmişdir.
Pişəvəri “Azərbaycan” qəzeti elm təhsil publisistika maarifçilik
önceden teşekkür ederim
Birincil Dil | Türkçe |
---|---|
Bölüm | Makaleler |
Yazarlar | |
Yayımlanma Tarihi | 23 Eylül 2023 |
Gönderilme Tarihi | 9 Mart 2023 |
Yayımlandığı Sayı | Yıl 2023 |
TELİF HAKKI VE YAZAR ETİK SÖZLEŞMESİ FORMU -COPYRGHT and AUTHOR ETHİCAL DECLARATİON
Telif Hakkı Devri Formu imzalanıp, (taratılıp veya resim jpg. vs olabilir) makale başvuru esnasında Dergi sistemine yüklenmelidir.
This Copyright Agreement Form must be signed by all authors and uploaded to the Journal system (It can be scanned and sent as an image, jpg, etc.).