Məqalədə Azərbaycanda hərbi psixologiya sahəsinin mövcud vəziyyəti, hərbi psixoloqların fəaliyyət istiqamətləri, qarşılaşdıqları əsas çətinliklər və inkişaf perspektivləri elmi baxımdan təhlil olunur. Müharibə və postmüharibə şəraitində hərbi qulluqçuların psixoloji rifahının təmin edilməsinin strateji əhəmiyyəti vurğulanır. Araşdırmada qeyd olunur ki, hərbi psixoloqun funksional fəaliyyəti tədqiqat, proqnostik, normativ, məsləhətçi, korreksiyaedici, inkişafetdirici, idarəetmə və interaktiv funksiyaları, eləcə də döyüş nümunəsi funksiyasını əhatə edir. Bu funksiyalar sülh dövründə də həyata keçirilsə də, döyüş şəraitində onların məzmunu və rolu daha da dərinləşir və spesifik xarakter alır. Tədqiqat və proqnostik funksiyalar şəxsi heyətin qarşıdan gələn və davam edən döyüş fəaliyyətinin psixoloji şəraitinin proqnozlaşdırılması, qiymətləndirilməsi və psixoloji modelinin qurulmasında mühüm əhəmiyyət kəsb edir. Aparılmış təhlillər göstərir ki, Azərbaycanda hərbi psixologiya sahəsinin inkişafı qarşısında hələ də müəyyən maneələr mövcuddur. Bunlara kadr çatışmazlığı, normativ-hüquqi mexanizmlərin qeyri-kafiliyi və ictimai stereotiplərin davamlılığı daxildir. Məqalədə bu sahənin elmi əsaslarla inkişaf etdirilməsi, peşəkar kadr hazırlığının gücləndirilməsi və hərbi psixoloqların fəaliyyətinin institusional səviyyədə təkmilləşdirilməsi üçün bir sıra praktik və elmi təkliflər irəli sürülür.
Hərbi Psixologiya Hərbi Psixoloq Psixoloji Dəstək Posttravmatik Stress Pozuntusu Hərbi Qulluqçu
The article provides a scientific analysis of the current state of military psychology in Azerbaijan, the main directions of military psychologists’ activities, the challenges they face, and prospects for development. The strategic importance of ensuring the psychological well-being of military personnel during wartime and post-war periods is emphasized. The study notes that the functional scope of a military psychologist includes research, prognostic, normative, consultative, corrective, developmental, managerial, and interactive functions, as well as the function of serving as a combat role model. Although these functions are also performed during peacetime, their content and significance deepen and acquire a more specific character under combat conditions. The research and prognostic functions play a crucial role in predicting, assessing, and modeling the psychological conditions of upcoming and ongoing combat operations. The analysis reveals that the development of military psychology in Azerbaijan still faces several challenges, including a shortage of qualified personnel, insufficient normative and legal mechanisms, and the persistence of public stereotypes. The article proposes several practical and scientific recommendations aimed at the scientific advancement of the field, strengthening professional training, and improving the institutional framework for the activities of military psychologists.
Military Psychology Military Psychologist Psychological Support Post-Traumatic Stress Disorder Military Personnel
| Birincil Dil | Türkçe |
|---|---|
| Konular | Gelişim Psikolojisi (Diğer) |
| Bölüm | Derleme |
| Yazarlar | |
| Erken Görünüm Tarihi | 27 Ekim 2025 |
| Yayımlanma Tarihi | 31 Ekim 2025 |
| Gönderilme Tarihi | 27 Temmuz 2025 |
| Kabul Tarihi | 30 Eylül 2025 |
| Yayımlandığı Sayı | Yıl 2025 Cilt: 12 Sayı: Özel Sayı 2025-1 |